AktualAktualArxivmədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

İran Xarici İşlər nazirinin müavini: Azərbaycanın öz işğal edilmiş ərazilərini azad etmək üçün təlaşlarını dəstəkləyirik

Seyid Abbas Əraqçi Bakıya daxil olduqdan sonra İran İslam Respublikasının Qarabağ münaqişəsinə son qoymaq üçün layihəsinin bir hissəsini açıqlayıb.
Qafqaz Həqiqətləri xəbər verir ki, İran İslam Respublikasının xüsusi nümayəndəsi Seyid Abbas Əraqçi İranın Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsündə irəliləyiş əldə etmək məqsədilə bir heyətin başında regional səfərə başlayıb və Azərbaycan Respublikası rəsmiləri ilə müzakirələr aparmaq üçün bir saat öncə Bakıya daxil olub.
Əraqçi səfəri barədə açıqlama verərək deyib: “Bu səfər Azərbaycan və Ermənistan arasında son qarşıdurmalara son qoymaqda təsirli olan region ölkələr çərçivəsində həyata keçir. Səfərin əsas məqsədi də İran İslam Respublikasının bu qarşıdurmaya son qoymaq istiqamətindəki layihəsini təqdim etmək, iki ölkə arasında və regionda daimi sülhə nail olmaqdır.”
İran İslam Respublikasının xüsusi nümayəndəsi deyib: “Bu layihənin çərçivəsi hazırdır və bu səfərdə Azərbaycan Respublikası rəsmilərinə təqdim olunacaq və bu barədə danışıqlar aparılacaq. Layihə bir neçə mərhələdə vəziyyəti daimi sülhə çatdıra bilər, mövcud ixtilaflara, ən əsası isə Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoya bilər.”
İran Xarici İşlər nazirinin siyasi işlər üzrə müavini Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulması mövzusunu İranın təşəbbüs layihəsində əsas element adlandırıb və əlavə edib: “Azlıqların hüquqlarının qorunması və insansevərlik haqları İranın Qarabağ münaqişəsinə son qoymaq üçün hazırladığı layihənin digər əsaslarıdır.”
Diplomat daha sonra deyib: “Münaqişənin bitməsi və təsir qoya bilən ölkələrin köməyi ilə danışıqların başlanması layihənin digər əsas mehvərlərindən sayılır.”
O əlavə edib: “Biz bütün bu məsələləri region ölkələri ilə məsləhətləşəcəyik və ümid edirik ki, bu layihə icra olunmaq üçün istənilən mərhələyə çatacaq.”
Əraqçi İran və Azərbaycanı iki dost və qonşu ölkə adlandıraraq deyib: “Bizim aramızda isti və səmimi münasibətlər mövcuddur və həmişə Azərbaycan Respublikasının işğal edilmiş öz şəhər və məntəqələrini azad etmək üçün göstərdiyi təlaşlarını dəstəkləyirik, Azərbaycan Respublikasının və regiondakı digər ölkələrin ərazi bütövlüyü və sərhədlərinin dəyişməzliyi mühüm və toxunulmaz bir prinsipdir və daim qorunmalıdır.”
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev və bu ölkənin digər rəsmiləri ilə görüş İran diplomatının Bakıya səfərinin digər proqramlarındandır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button