AktualAktualArxivIslammədəniyyatŞəkil​SosialXəbər lentiXəbərlər

İran və Qafqazda modern təhsilin banisi olmuş Əsədullah Mərifətin həyatı haqqında sənədli film/Foto

 

İranın mədəniyyət rəsmilərinin təşəbbüsü ilə İran və Qafqazda modern təhsilin banisi Əsədullah Mərifətin həyatı haqqında sənədli film çəkiləcək.

Qafqaz Həqiqətləri xəbər verir ki, Əsədullah Xamene kimi tanınmış Hacı Əsədullah Mərifət İranda modern təlim-tərbiyə sisteminin banilərindən olmuşdur. O, 19-cu əsrin ortalarında Rzaxan dövründə ölkədə baş verən hərc-mərclik və qıtlıq səbəbindən  İranın şimal bölgələrinin yüz minlərlə vətəndaşı kimi Qafqazın şimal və cənub məntəqələrinə mühacirət etmişdir.

Hacı Əsədullah iki qardaşı ilə birlikdə bir müddətdən sonra müxtəlif sahələrdə, o cümlədən təlim-tərbiyə sahəsində bir neçə ictimai müəssisə təsis edirlər, Mahaçqala, Dərbənd və Boynaks şəhərlərində məscid tikirlər. Həmin dövrdə modern təhsil sistemini İrana daxil etməklə ölkənin bir sıra şəhərlərində məktəblər təsis edirlər.

Əsədullah Mərifət ailəsinin İran və Qafqazda fəaliyyətlərinin əhəmiyyətinə diqqət etməklə bu mədəni və dindar ailəni tanıtmaq istiqamətində ölkənin mədəniyyət rəsmiləri və xeyriyyəçilə onun uca şəxsiyyətin dəyərli addımları barədə sənədli film hazırlanmasına təşəbbüs göstəriblər.

Bu təşəbbüslə bağlı 18 sentyabrda “Xameneilər Hüseyniyyəsi” ofisində xeyriyyəçilər cəmiyyətinin üzvləri, habelə Mədəniyyət İrsi Təşkilatının tədqiqatçısı doktor Mürtəza Rizvanfər və İranın Moskvadakı səfirliyinin mədəniyyət bölməsinin sabiq əməkdaşı Seyid Cavad Araminin iştirakı ilə iclas keçirilib. İclasda qərara alınıb ki, bu mədəni şəxsiyyət barədəki mövcud məlumat və sənədlər toplansın, korona ilə bağlı məhdudiyyətlər aradan qalxdıqdan sonra Qafqazın müxtəlif şəhərlərində “Hacı Əsədullah” sənədli filminin çəkilişinə başlanılsın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button