ArxivXəbər lentiXəbərlər

İran və Gürcüstan müştərək iqtisadi komissiyasının həmsədrləri əlaqələrin inkişafına təkid ediblər

İranın Əmək və Əhalinin Sosial Təminatı və korperasiya naziri bu gün Gürcüstanın iqtisadiyyat və inkişaf naziri ilə görüşüb.

İRİB-in Tiflisdən verdiyi məlumata görə, İran və Gürcüstan müştərək iqtisadi komissiiyasının da həmsədri olan iranlı nazir Əli Rəbii gürcü nazir  və komissiyanın gürcüstanlı həmsədri Giorgi Qaxariya ilə görüşündə iki ölkə arasında müxtəlif sahələrdə xüsusiylə iqtisadi sahədə qarşılıqlı münasibətlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. 

İranlı nazir görüşdən sonra İRİB müxbirinə verdiyi müshibədə deyib: İran fars korfəzinə, Gürcüstan isə qara dəniz sularına qovuşur, bundan əlavə quru, dəniz və internet koridorları barədə də müzakirələr aparıldı və bu qabiliyyətlər əməkdaşlıqların inkişafına öz töhfəsini verə bilər. 

Rəbii deyib: Gürcüstana qaz köçürülməsi və bu ölkənin limanlarından birində neft-kimiya zavodunun inşa edilməsi iki ölkə arasında önəmli layihələrdən hesab olunur eyni zamanda kənd təsərrüfatı, təkmilləşdirici sənaye sektorlarında da fikir mübadiləsi aparıldı. 

Bu iclasdan sonra gürcüstanlı nazir də deyib: Gələcəkdə həyata keçirməli olduğumuz işləri müzakirə etdik və bu günkü iclas önəmli qarşılıqlı təşəbbüslər üçün başlanğıc idi. O deyib: Bu güngü görüşdə belə qənaətə gəldik ki, İran Gürcüstanı 300 milyonluq bir bazara yaxınlada, Gürcüstan da İranı Avropa bazarlarına yaxınlada bilər. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button