ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan R. prezidentləri görüşüblər

İran və Azərbaycan Respublikası prezidentləri ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişlənməsini vurğulayıblar.

İran prezidenti Həsən Ruhani dünən Qazaxıstanın Aktau şəhərində keçirilən xəzəryanı ölkələrin sammiti kənarında İlham Əliyev ilə görüşdə İranın iradəsinin Azərbaycan Respublikası ilə daha yaxın və səmimi əlaqələr qurmaq olduğunu bildirib. O, deyib: Bu gün mövcud olan iradə vasitəsilə Tehran-Bakı əlaqə və münasibətləri səviyyəsində böyük dəyişikliyin şahidiyik.

İki ölkə xalqlarının dini və mədəni ortaqlıqlara malik olduqlarını nəzərə çarpdıran İran prezidenti əlavə edib ki, Tehran Bakı ilə əlaqəni qonşuluq münasibətlərindən daha geniş və dərin qardaşlıq əlaqəsi bilir və bu əsasda qarşılıqlı əlaqələri daha da genişləndirmək ardıncadır.

Ruhani bildirib ki, İran və Azərbaycan Respublikasının bədxahları iki ölkə əlaqələrinin yaxınlığından narahat və əsəbidirlər. O, deyib: Tehran və Bakı öz əməkdaşlıq və koordinasiyaları səviyyəsini artırmaqla bədxahların iki ölkənin əlaqələrini pozmalarına icazə verməyəcəklər.

Azərbaycan Respublikası prezidenti də bu görüşdə vurğulayıb ki, ölkəsi İranla əməkdaşlıq və koordinasiyalar səviyyəsinin günbəgün artmasını istəyir və heç kəs iki ölkənin qardaşlıq əlaqələrinə xələl gətirə bilməz . O, deyib: Son beş il ərzində iki ölkədə yaranmış tam etimadla Tehran-Bakı əlaqələri səviyyəsi keçmişlə müqayisəolunmaz əlaqələr səviyyəsinə yüksəlibdir.

Əliyev vurğulayıb ki, Bakı daim İranın kənarında olacaq. O, deyib: Azərbaycan Respublikası Amerikanın İrana qarşı sanksiyalarını pisləyib və bizim İranla bağlı mövqeyimiz qardaşlığa və beynəlxalq hüquqlara əsaslanır.

Xəzəryanı ölkələrin 5-ci sammitində iştirak üçün Qazaxıstana səfər etmiş İran prezidenti Həsən Ruhani bu sammitdə iştirak və çıxışdan sonra Qazaxıstanın Aktau şəhərindən Tehrana geri dönübdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button