AktualAktualArxivmədəniyyatSosialXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında ticarət dövriyyəsi azalıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, son bir neçə ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi azalıb.

Qafqaz Həqiqətləri “Azərtac”-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıqlamasına görə cari ilin yanvar və mart ayları ərzində İran və Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 88 milyon dollara çatıb və koronavirus dövründə sonrakı aylarda da kəskin azalıb.

Bu hesabata görə, ötən ilin oxşar ayları ilə müqayisədə həmin rəqəm 142 milyon dollar təşkil edib və bu il 37.7 faiz azalıb.

Halbuki, İran Televiziya və Radio Xəbər Agentliyinin verdiyi məlumata əsasən, ötən  bir ildə İran və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 430 milyon dollar olub və qabaqkı illərlə müqayisədə diqqəti çəkən səviyyədə artım vardır.

Təhlilçilərin fikrincə, İran və Azərbaycan Respublikası arasında yüksək iqtisadi potensialların mövcud olmasına baxmayaraq, Azərbaycan Respublikası gömrük amillərinin çətin tutulması və məhdudiyyətləri iki ölkə arasında ticarət mübadiləsinin azalmasının əsas səbəbi olmuşdur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button