ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan əlaqələrinin inkişafı üçün hər bir şərait mövcuddur

İran İslam Respublikasının xarici işlər naziri İran və Azərbaycan arasında əlaqələrin inkişafı üçün bütün şəraitin mövcud olduğunu bildirib.

Məhəmməd Cavad ZƏrif bu gün Azərbaycanın İrandakı yei səfiri Bünyad Hüseynov ilə görüşdə deyib: İran-Azərbaycan əlaqələri inkişaf halındadır və əlaqələrin inkişafı yolunda heç bir maneə mövcud deyil.

İran xarici işlər naziri daha sonra deyib: İki ölkənin yüksək çinli rəsmiləri əlaqələrin inkişaf etdirilməsi və münasibətlərin dərinləşdirilməsi üçün lazımi iradəyə malikdirlər.

Azərbaycanın İrandakı yeni səfiri Bünyad Hüseynov da bu görüşdə ölkəsinin İran ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və deyib: Azərbaycan rəsmilərinin iradəsi İran ilə əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə genişləndirilməsi və müştərək iqtisadiyyat komissiyasının fəaliyyətinin aktivləşdirilməsidir.

Azərbaycanın İrandakı yeni səfiri daha sonra missiyası müddətində iki ölkə əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb.

Azərbaycanın İrandakı yeni səfiri bu görüşdə öz etibarnaməsini İranın xarici işlər nazirinə təqdim edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button