ArxivXəbər lentiXəbərlər

“İmam Hüseyn (ə) Kərbəlası məhəbbət və barış yeridir” adlı tədbir keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində “İmam Hüseyn Kərbəlası məhəbbət və barış yeridir” adlı tədbir keçirilib.

Azərbaycan və İraq ruhanilərinin, din xadimlərinin, Qafqaz Müsəlmanları İdarəsi və Elmlər Akademiyası üzvlərinin eləcə də diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbirdə “İmam Hüseyn Hərəmi” nin məsul nümayəndəsi çıxış edib.

O, İraqda “İmam Hüseyn Hərəmi” tərəfindən bu cür tədbirlərin mütəmadi olaraq keçirildiyini bildirib. Azərbaycanda isə İmam Hüseyn Mədəniyyət Həftəsi çərçivəsində belə möhtəşəm tədbirin ilk dəfədir baş tutduğunu vurğulayıb.Tədbirdə imam Hüseyn (ə) fəzilətindən və xanım Zeynəb (s.ə) fədakarlığından söz açılıb. Tədbir çərçivəsində Kərbəla səhnələrini özündə əks etdirən foto stendlərdən ibarət sərgi nümayiş olunub.

Eyni zamanda “İmam Hüseyn Hərəmi” tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ölkəmizdə İmam Hüseyn Mədəniyyət Həftəsi 5 gün davam edəcək və sonda təşkilatçılar tərəfindən ünvanlanan suallara düzgün cavab verən iştirakçılar təmənnasız olaraq ziyarətə göndəriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button