AktualAktualArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər

İran Tibb Elmləri Universitetinin rektoru: İranın hazırladığı korona vaksini 2 aya insan üzərində test mərhələsinə çatacaq

İran Tibb Elmləri Universitetinin rektoru: Korona vaksininin ilkin laboratoriya mərhələsi başa çatıb və iki aya kimi insan üzərində test və inyeksiya işləri həyata keçiriləcək.

Qafqaz Həqiqətləri xəbər verir ki, Tibb Elmləri Universitetinin rektoru Cəlil Kuhpayəzadə koronaya qarşı vaksinin hazırlanması barədə deyib: “Bizim proqnozumuz budur ki, İran payız fəsli, ya qışın əvvəlinə kimi beynəlxalq səviyyədə istifadə oluna biləcək korona vaksininin nümunələrini hazırlaya biləcək.”

Rektor əlavə edib: “Tibb Elmləri Universitetində tədqiqatçılardan ibarət iki qrup vaksin hazırlanması üzərində işləyirlər. Hal-hazırda onun ilkin laboratoriya mərhələsi başa çatıb və təqribən bir-iki aya insan üzərində test və inyeksiya işləri həyata keçiriləcək.”

  1. Kuhpayəzadə vurğulayıb: “Bu mərhələ uğurlu olarsa, onun kütləvi istehsalına başlanacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button