AudioXəbər lentiXəbərlər

İran Ramazan günləri terror edəcək şəbəkəni ələ keçirdi –27 nəfər həbs edildi – VİDEO

İranın hakimiyyət orqanları bildirir ki, ölkədə müqəddəs Ramazan ayında hücumlar hazırlamaqda şübhəli bilinən “terrorçu şəbəkənin” 27 üzvü həbs olunub.

İranın Kəşfiyyat Nazirliyinin məlumatına görə, qrup Tehranda və başqa böyük şəhərlərdə “terrorçu əməliyyatlar” hazırlayırmış.

Bəyanatda deyilir ki, şübhəlilər “internet məkanında möhtərəm İran xalqını qisas və qətllərlə hədələyən şəkillər dərc edib”.

Bu da xəbər verilir ki, hücumlar ötən həftə – “Qədr gecəsi” və fələstinlilərə dəstək məqsədilə hər il keçirilən “Qüds günü” vaxtında həyata keçirilməli idi.

Nazirlik bildirir ki, çox sayda silah-sursat aşkar olunub.

Bu bəyanatdan bir gün əvvəlsə İran İslam İnqilabı Keşikçiləri Korpusu “terrorçu qrupların” qonşu İraqdan üç müdaxilə cəhdinin dəf edildiyini və hücum edənlərdən 13-nün öldürüldüyünü bəyan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button