AktualAktualArxivFatimi yaşayişIslamQarabağXəbər lentiXəbərlər

İran Qarabağ müharibəsində Azərbaycanın ciddi hamisi olmuşdur Höccətül-islam Şəbani: Qərb məntəqə ölkələrini parçalamaq ardıncadır.

Höccətül-islam Həsən Şəbani regionda düşmənin roluna və ölkələri parçalamağa təlaş etməsinə toxunaraq deyib: “Onlar regionda kiçik dövlətlər yaratmaq istəyirlər. Azərbaycan Respublikasını zəifləndirmək (Qarabağın işğal edilməsi) də bu istiqamətdə baş tutmuşdur. İran ciddi şəkildə Azərbaycan Respublikasını himayə etmişdir.”

AranNews – Şərqi Azərbaycan İslam Təbliğatı İdarəsinin müdiri Təbrizin “Səhənd” telekanalına verdiyi müsahibəsində general Süleymaninin şəhadətinin İslam İnqilabını yenidən təzələdiyini bildirərək deyib: “Son hadisə ilə İslam İnqilabı və onun qorunması üçün ödənilən dəyər yenidən xatırlandı.”
Həsən Şəbani regionda düşmənin roluna və ölkələri parçalamağa təlaş etməsinə toxunaraq deyib: “Onlar regionda kiçik dövlətlər yaratmaq istəyirlər. Amerika, sionist rejimin mənafeini təmin etmək ardıncadır. Regionda İran kimi qüdrətli ölkənin varlığını özləri üçün təhlükə kimi görürlər və bu ölkə əleyhinə məkirli planlar cızırlar. Regionda bütöv ölkələr qondarma İsrailin mövcudluğu üçün təhlükə yaradır. Bu üzdən düşmən çarə yolunu həmin ölkələri parçalamaqda görür və vətəndaşlıq üstünlüyü, dil üstünlüyü və s. kimi bəhanələrlə xalqları bir-birinin canına salır və bundan faydalanaraq bizim mənafelərimizi yağmalayır.
Amerika neçə illərdir ki, İraq neftini qarət edir və bu ölkəni üç kiçik dövlətə parçalalayaraq öz planını asanlıqla icra etmək istəyir. Amerikalılar dünyada öz maraqlarından başqa bir şey görmürlər və qorxu olmadıqda geri çəkilmirlər.”
Höccətül-islam Şəbani müsahibəsinin davamında düşmələrin Azərbaycan Respublikasını parçalamaq planına da toxunaraq deyib: “Onlar Azərbaycan Respublikası üçün də bu planı çəkirlər və bu ölkəni parçalamaq istəyirlər. Heç bir məlumatı olmayan az bir qrup İranın Qarabağ müharibəsində Azərbaycan Respublikasına köməyinin az olduğunu iddia edə bilər. Lakin belə deyildir. O dövrdə İran komandirlərinin Azərbaycan Respublikası hərbi qüvvələrinə təlim keçmələrinin görüntüləri mövcuddur. Nə üçün bəziləri boş fəzada söz danışır və Ali Məqamlı Rəhbərin “Qarabağ İslam torpağıdır” sözündən asanlıqla keçir?!”
İslam Təbliğatı İdarəsinin müdiri əlavə edib: “İslam Respublikasının iftixarlarından biri də budur ki, Azərbaycan Respublikasının o vaxtkı prezidenti mərhum Heydər Əliyevin dövründə və razılaşmalardan sonra Qarabağı müdafiə etmək üçün bu ölkədə hərbi qüvvə yetişdirdi. Bu kimi köməkləri təkcə Azərbaycan üçün deyil, Bosniya və Herseqovina, Əfqanıstan, Suriya, Yəmən, İraq və dünyanın bütün zülmə məruz qalmış xalqları üçün etmişdir. Biz bu köməyimizə görə iftixar edirik.”
Höccətül-islam Şəbani məntəqədə bəzi ölkə başçılarının davranışlarına toxunaraq deyib: “Bugün bəzi ölkə başçıları hər gün bir səmtə yönəlir və rəqasələr kimi davranırlar. Lakin general süleymanilər dedilər:
إِنَّ الَّذينَ قالوا رَبُّنَا اللَّهُ ثُمَّ استَقاموا تَتَنَزَّلُ عَلَيهِمُ المَلائِكَةُ
“Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (bu əqidə uğrunda) müqavimət göstərən kəslərə mələklər nazil olar.”
Onlar bu sözlərinin üzərində dayandılar və bugün Allahın köməyi və general süleymanilərin təlaşları ilə regionda bizim başımız yuxarıdır, daima bir təfəkkür istiqaməti üzrə hərəkət etmişik, o tərəf, bu tərəfə əyilmirik.”
Həsən Şəbani müsahibəsinin digər hissəsində deyib: “General Süleymani həyatda olduğu vaxt onun “Qumarbaz Tramp! Mən təklikdə sənin qarşında dayanmışam!” sözünü anlamaq çox çətin idi. Bəlkə də bəziləri elə düşünürdü ki, Süleymani qürura düçar olub. Lakin bu günlərdə gördük ki, bu əziz şəhid hətta öz şəhadəti ilə Trampın planını necə puça çıxartdı.
Bu günləri bu cümlə eşidilir ki, şəhid Süleymani general Süleymanidən daha güclü imiş. Bunun mənası odur ki, o, həyatda olduğu vaxtda məntəqə ölkələrinin təhlükəsizliyini təmin etdiyi kimi, bugün bütün problemlərə baxmayaraq öz şəhadəti ilə məntəqədə bu şəhid ətrafında vəhdət yaranmışdır. Heç bir təbliğ, çıxış və fəaliyyətlə bu təsirləri yaratmaq mümkün deyildi. Şəhid Süleymani elə yaşadı ki, onun şəhadətindən sonra da hətta müxaliflər belə bu matəmdə gözlərinin yaşının qurumadığını və Amerika ilə savaşa hazır olduqlarını deyirlər. Bu qanın və yaratdığı birliyin qədrini bilməliyik.”
Şərqi Azərbaycan İslam Təbliğatı İdarəsinin müdiri daha sonra deyib: “General Qasim Süleymaninin şəhadəti Aşura hadisəsi kimi hüznlə yanaşı qəhrəmanlıq yaratdı. Necə ki, həzrət Əbəlfəzə (ə) rövzə oxunduqda həm kədərlənirik, həm də onun qəhrəman hərəkəti bizim gözlərimizi yaşardır. Bu günlər qəhər, qəzəb, qəhrəmanlıq və kədər birlikdə olmuşdur.”
Haqq cəbhəsinə Allahın qələbə vəd etməsi həqiqətinə toxunan höccətül-islam Şəbani deyib: “Bizim inancımıza görə, insanlar və insan cəmiyyəti özü öz taleyini yazır. General Süleymanidən ayrıldığımıza görə hüzn və kədərli olduğumuz bu gün həm də çox ehtiyatlı olmalıyıq. Konstitusiyaya əsasən yaranmış genişliklərə görə, çoxları seçkilərdə iştirak edə bilər, lakin biz müqavimət cəbhəsinin əks istiqamətində hərəkət edənlərə və dil yarası vuranlara səs verməməliyik.”
İslam Təbliğat İdarəsinin müdiri sonda deyib: “Şəhid general Hacı Qasim Süleymani bir neçə ölkədə fateh və İslam ümmətinin qurtuluşçusu olmuşdur. Lakin bir dəfə də olsun onu (öz idarəsində) masa arxasında görmədik. Elə düşünməyək ki, masa, avtomobil və qiymətli evlər xalqa xidmət yolunda köməyə gəlir. O kəslər xalqa kömək edə bilər ki, xalqın və İslam ümmətinin problemlərini həll etmək üçün küçə-küçə gəzsinlər. Şəhid general Süleymaninin sadə həyat tərzi bütün vəzifəli şəxslər üçün böyük dərsdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button