ArxivQarabağXəbər lentiXəbərlər

İran QAC Qarabağdakı müharibə didərginlərinə yardım etməyə hazırdır

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri bu cəmiyyətin Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Qarabağ müharibəsinin didərginlərinə yardım etməyə hazır olduğunu bildirib.

Qafqaz.ir  xəbər verir, Kərim Hemməti deyib: İranın Qırmızı Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qırmızı Aypara Hərəkatının bir üzvü kimi insanlar arasında heç bir ayrı-seçkilik qoymadan onların əzablarını azaltmaq, həmçinin insanların həyatı və sağlamlığını qorumaq istiqamətində səy göstərir.

O, sonra söyləyib: İranın Qırmızı Aypara Cəmiyyətinin əsasnaməsinə görə, ölkə daxili və xaricində təbii fəlakət və hadisələr baş verərkən yardım xidmətlərinin göstərilməsi, həmçinin lazım olan təqdirdə, digər ölkələrə müalicə və yardım amillərinin yollanması və yardımın göndərilməsi bu humanitar orqanın vəzifələrindən sayılır.

Hemməti daha sonra deyib: Bu əsasda və öz təbii vəzifəsinə uyğun olaraq, İranın Qırmızı Aypara Cəmiyyəti Azərbaycan Respublikası ilə Ermənistan arasındakı müharibədə zərər çəkmiş Qarabağ didərginlərinə yardım etməyə hazır olduğunu bildirir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button