Şəxsiyyətlər

Həzrət Ayətullah Şeyx Möhsün Astarai Lənkəraninin Həyatı

Həzrət Ayətullah Şeyx Möhsün Astarai Lənkərani, Axund Əbdüssəmədin oğludur. O, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən və dəyərli ruhanilərindən biridir. 1880-cı ildə (1297 h. q.) və ya bir neçə il ondan öncə Lənkəran məntəqəsininin Astara şəhərinin tabeçiliyində olan Ərçivən kəndində dünyaya gəlmişdir. Mədrəsə və ilkin məlumat məqsədli dini hövzə dərslərini atasının və məntəqə ruhanilərinin hüzurunda öyrənmişdir. Sonra cavanlığında Ərdəbil dini hövzəsinə gedərək, orada ali səthli dərslərini Hacı Mir Saleh Müctəhid Ənvari və Ağa Seyid Mürtəza Xalxali və başka əzəmətli alimlərindən dərs almışdır. Sonra 1897-ci ildə müqəddəs Nəcəfi-əşrəf şəhərinə səfər etmiş, orada Mövla Məhəmməd Fazil Şərəbyani, Seyid Məhəmməd Kazim Təbatəbai Yəzdi, Axund Molla Məhəmməd Kazim Xorasani və digər böyük alimlərin elm xəzinəsindən bəhrələnərək, ali elmi və mənəvi məqamlara sahib oldu. O, təqribən 1914-cü ildə öz doğma vətəninə qayıtdı. Bolşevik inqilabının ciddi şəkildə dağıdıcı və zərərli olduğunu anladığı üçün, bu ateist ideyalarına qarşı geniş miqyaslı və yorulmadan mübarizə apardı. Şeyxin bu mübarizəsi o qədər güclü və təsirli idi ki, kommunist inqilabının rəhbərləri onunla amansız mübarizəyə qalxdılar. Üç il ona qarşı amansız təqiblər və təzyiqlər davam etdi və sonda 1917-ci ildə (1335 h. q) onun məntəqədəki nüfuzuna dözməyən zalımlar, bu dəyərli alim və mücahiddin evinə hücum çəkdilər. Onu öz evinin həyətində, ailəsinin gözləri önündə, faciəli bir şəkildə şəhid etdilər. Mübarək vücudu doğulduğu məkanın qəbiristanlığında yerləşir. Allah məqamını daha uca etsin.

Allah rəhmət eləsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button