ArxivQarabağXəbər lentiXəbərlər

İran Azərbaycanla Ermənistanın Qarabağla bağlı son qərarına görə sevinir – Həsən Ruhani

İran iki qonşusu – Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoyulmasına və diplomatik həll prosesinin başlanmasına sevinir.

Bunu İran prezidenti Həsən Ruhani video-konfrans formatında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 20-ci iclasında deyib.

Bu barədə Trend İran prezidentinin informasiya portalına istinadən məlumat verib.

H.Ruhaninin sözlərinə görə, İran region ölkələri ilə bir çox ortaqlıqlara sahibdir: “İran ümid edir ki, iki ölkə öz ixtilaflarını sülh şəraitində və beynəlxalq hüquq çərçivəsində həll edəcək”.

Ruhani əlavə edib ki, İran bölgədə gərginliyi azaldan və davamlı və ədalətli sülh və təhlükəsizliyi bərpa edən hər bir səyi müsbət qarşılayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button