ArxivXəbər lentiXəbərlər

“Məhəmməd Allahı Elçisi” filmi Moskvada da ekranlara çıxarılıb

Bir çox kinematoqraflar bu filmin təkcə islam dünyasında deyil, xristian dünyasında da böyük əks-səda doğuracağını söyləyirlər.

İslaminSesi.org  -un İRNA-a istinadla verdiyi xəbərə görə, İran kinomotoqrafçılarının ərsəyə gətirdiyi “Məhəmməd Allahı Elçisi” filmi ötən gündən başlayaraq, Moskva kinoteatrlarında ekranlara çıxarılıb.

Filmin rejissoru Məcid Məcidi də filmin ekranlara çıxarılması zamanı hazır olaraq, sualları cavablandırıb.

“Məhəmməd Allahı Elçisi” bir sıra beynəlxalq film festivallarında nümayiş etdirilib. Məhəmməd peyğəmbərin (s) uşaqlıq illərini əks etdirən filmin ərsəyə gətirilməsi 7 il başa gəlib. İranın mədəniyyət naziri Əli Cənnəti “Məhəmməd Rəsulullah” filmini “35 illik islam inqilabı tarixində ən mükəmməl və fəxarətli film” adlandırmışdı

Məlumat üçün bildirək ki, filmin baş operatoru “Oskar” mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı daha bir “Oskar” laureatı hindistanlı Allah-Raxa Rəhmandır.

Bir çox kinematoqraflar bu filmin təkcə islam dünyasında deyil, xristian dünyasında da böyük əks-səda doğuracağını söyləyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button