ArxivIslamtahlil va magaleXəbər lentiXəbərlər

İran Ermənistanın işğal edilmiş Fələstində səfirlik açmasına cavab verməlidir

Ermənistanın beynəlxalq məsələlər üzrə ekspertlərindən biri İrəvanın işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq barədə qərarına toxunub. İran Xarici İşlər Nazirliyinin onun iddia etdiyi məsələyə münasibət bildirməsi lazımdır.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, korona ilə bağlı xəbərlərin dünya KİV-də başlığa çevrildiyi bu günlərdə sionistlər meydanı xəlvət görüb, öz qanunsuz siyasi fəaliyyətlərini icra etməyə səy edirlər.
Müqəddiməsi çoxdan başlamış bu addımlardan biri də Ermənistanı işğal edilmiş Fələstin ərazilərində səfirlik açmağa məcbur etməkdir. Ötən günlərdə İslami Şura Məclisi təmsilçiləri, Qafqaz məsələləri üzrə ekspertlər, xalq təşkilatları və digər qurumlar bu məsələyə öz münasibətini bildirmişdir.
Bu arada düşündürücü və diqqəti çəkən məsələ Ermənistanın beynəlxalq məsələlər üzrə eksperti və bu ölkənin qərbyönümlü hakimiyyətinə yaxınlığı ilə tanınan Armen İsrayilyanın İrəvan dövlət radiosuna verdiyi müsahibəsindəki iddialardır. A. İsrayilyan deyib: “Ermənistan Təl-Əvivdə səfirlik açmaq qərarını verməzdən əvvəl İranın siyasi rəsmiləri ilə danışıqlar aparıb və İrəvanın məlum qərarı verməsinin səbəbləri Tehran rəsmiləri tərəfindən başa düşülüb.”
Bu iddiadan sonra indi ortaya çıxan mühüm məsələ onun sözlərinin doğru olub-olmamasıdır.
İran Xarici İşlər Nazirliyi erməni rəsmilərinin bu haqda ölkəmizin rəsmiləri ilə məsləhətləşməsinin olub-olmamasına və hökumət rəsmilərinin bu məsələ qarşısında hansı mövqe tutduğuna aydınlıq gətirməlidir. Əgər erməni ekspertinin iddiası düzgün deyilsə, aidiyyatı orqanlar Ermənistanın dövlət mediasında ölkəmizin siyasi rəhbərlərinə qarşı belə bir iddianın edildiyinə görə, bu ölkənin Tehrandakı səfirini çağırmalı və İrəvan dövlətindən cavab tələb etməlidir.
Xarici İşlər Nazirliyinin Ermənistanın sionist rejimdə səfirlik açması qərarı qarşısında sükut etməsi, düşündürücü bir məsələdir. Çünki erməni ekspertin İrəvanın dövlət mediasında etdiyi iddia indi bu sükuta məna verir və ölkəmizin diplomatik aparatı bu barədə cavab verməlidir.
Bundan əlavə, yaxşı olar ki, Milli Ali Təhlükəsizlik Şurası da Ermənistanın anti-İran qərarı verməsi ilə bağlı hərəkəti qarşısında ölkəmizin xarici siyasətində təsirli aparatların fəaliyyətini araşdırsın və bu barədə qətiyyətli qərar versin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button