AktualAktualArxivIslamXəbər lentiXəbərlər

İran Bakıda keçirilən Beynəlxalq İnformatika Olimpiadasında 4-cü yeri tutub

İran İslam Respublikası Bakıda baş tutan 31-ci Beynəlxalq İnformatika Olimpiadasında 88 ölkə arasında 4-cü yerə sahib olub.

Qafqaz Həqiqətləri – Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində avqustun 5-dən 10-dək Bakı-2019 Beynəlxalq İnformatika Olimpiadası keçirilib. Olimpiadada 88 ölkədən 600 şagird, müəllim və ekspert iştirak edib. Olimpiadada İranı 4 nəfərdən ibarət komanda təmsil edib.

Komandanın üzvləri Raviz Cəfəri, Ərşiya Sultani Muəxxər, Kəsra Məzahiri və  Seyid Mehrşad Mirməhəmmədi olub və komandaya Məhəmmədəli Abam rəhbərlik edib.

Olimpiadada İran komandası 1 qızıl və 3 gümüş medal qazanaraq Amerika, Rusiya və Çindən sonra reytinq cəhətdən 4-cü yeri tutub.

Qızıl medalı Mehdi Cəfəri qazanıb.

Komandanın rəhbəri Məhəmmədəli Abam olimpiadanın nəticələrini qənaətbəxş adlandırıb.

Son 8 ildə 80-dan çox ölkə arasında İranın reytinqi 6 olmuşdur və bu il 4-cü yerə yüksələ bilmişdir. Bu önəmli məsələ göstərir ki, İran dünyanın bu sahə üzrə 6 üstün ölkəsi arasında öz yerimizi qoruya bilər.

Bundan əvvəlki beynəlxalq olimpiadalarda iştirak etmiş 10 nəfər Bakıda keçirilən 31-ci beynəlxalq olimpiadanın elmi komitəsinə müsabiqənin layihəçiləri və sualları hazırlayanlar kimi dəvət olunmuşdular.

İran indiyə kimi 26 beynəlxalq informatika olimpiadasında iştirak etmişdir və ümumilikdə 24 qızıl, 57 gümüş və 13 bürünc medal kəsb etmişdir.

Bakı-2019 31-ci Beynəlxalq İnformatika Olimpiadasında sonrakı olimpiadanın 2020-ci il iyulun 19-dan 26-dək Sinqapurda keçiriləcəyi elan edildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button