ArxivXəbər lentiXəbərlər

İran Azərbaycanla nüvə enerjisinin istehsalı sahəsində əməkdaşlığa hazırdır

Möhsün Pak Ayin: “Hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var”

“Biz hesab edirik ki, sülh məqsədi ilə nüvə enerjisini istehsal etmək bütün dünya ölkələrinin haqqıdır”. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirilən mətbuat konfransında deyib.

“Düşünürük ki, neft-qaz enerjisinin ömrü uzun deyil. Gələcəkdə dünya alternativ enerjiyə – atom enerjisinə ehtiyac duyacaq. Hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var”, deyə səfir qeyd edib.

Səfir İranın bu sahədə istənilən ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button