ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Azərbaycanda ticarət nümayəndəliyi açacaq

Gilan vilayətinin Kooperativlər Palatasının sədri İsa Məhəmmədi deyib: “İran Azərbaycan Respublikasında ticarət nümayəndəliyi yaradacaq”.

Qafqaz.ir xəbər verir, Məhəmmədinin sözlərinə görə, İranın qeyri-neft ixracına dəstək paketlərinin həyata keçirilməsi və müsbət valyuta daxilolmalarına hərtərəfli dəstək məqsədilə Azərbaycan Respublikasında daimi ofisin açılması ilə bağlı Kooperativlər Palatasının iclası keçirilib.

“İclasın keçirilməsinin əsas məqsədlərindən biri Azərbaycanda nümayəndəlik və ya Ticarət Evi yaratmaqdır və ilk addım Kooperasiya Palatasının xüsusi VÖEN-i olan menecerlərlə koordinasiyanın aparılmasıdır”, – deyə iclasda palata sədri İsa Məhəmmədi bildirib.
O əlavə edib ki, İran tərəfi Azərbaycanda Ticarət Evinin yaradılması istiqamətində ciddi şəkildə çalışır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button