ArxivXəbər lentiXəbərlər

İran Azərbaycanda sonsuzluğa qarşı “cihad” elan edir

İranın Akademik Cihad Təşkilatı (Academic Jihad Organization) Bakıda sonsuzluğa qarşı klinika açmaq planlarını elan edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə İranın ingilisdilli “Mehr” agentliyinin məlumatında deyilir.

Bildirilir ki, klinika region ölkələrində sonsuzluğun müalicə edilməsi üçün xidmətlər təklif edəcək.

Təşkilatın rəhbəri Həmidrza Tayyebi deyib ki, İran sonsuzluğun müalicəsində böyük təcrübəyə malikdir və Azərbaycanda İranın tibb imkanlarına inam var: “Bunu nəzərə alaraq biz Bakıda sonsuzluğun müalicəsi üçün klinika açmağı qərara almışıq”.

H.Tayyebinin sözlərinə görə, klinika cihad təşkilatının Bakıda məqbul tibbi xidmətlər spektrini təmin edəcək, daha ixtisaslaşmış əməliyyatlar üçün xəstələr İrana göndəriləcək.

Həmidrza Tayyebi

H.Tayyebinin sözlərinə görə, Bakıda açılması nəzərdə tutulan klinikada təqdim olunacaq xidmətlər elə olacaq ki, pasiyentlər cihad təşkilatının bütün klinikaların verdiyi xidmətlərdən yararlana bilsin. O, cihad təşkilatının klinikalarının sonsuzluq sahəsində işləyən Ruan və İbn Sina elmi-tədqiqt institutları ilə əməkdaşlıq etdiyini deyib.

“İranda sonsuzluğun müalicəsi 35-40 faiz təşkil edir ki, bu da İranın həmin xəstəliyin müalicəsində yaxşı mövqelərə malik olduğunu göstərir” – deyə H.Tayyebi bildirib.

Qeyd edək ki, İran həkimlərinin Azərbaycanda iş qurmağa, xüsusilə də sonsuzluğu müalicə etməyə “sonsuz həvəsi və marağı” yeni məsələ deyil. Amma bu cəhdlərin sonda heç də yaxşı nəticə verməməsi də yeni deyil. Azərbaycanda Bakıda klinika açan, yaxud buradakı yerli klinikalarda çalışan iranlı həkimlər tərəfindən “effektiv və ucuz müalicə” vədləri ilə aldadılmış yüzlərlə, minlərlə pasiyent var. Bu haqda mətbuatda, o cümlədən virtualaz.org saytında da çoxsaylı məlumatlar gedib.

Azərbaycanın Səhiyyə Nazirliyi də ölkə vətəndaşlarını bu cür həkimlər və tibbi xidmətlərlə bağlı ehtiyatlı olmağa dəfələrlə çağırıb.

Hər halda ümid edək ki, İranın Akademik Cihad Təşkilatının Bakıda klinika açmaq təklifi nazirlik tərəfindən diqqətlə öyrəniləcək.

Virtualaz.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button