AktualAktualArxivIslamXəbər lentiXəbərlər

İran Azərbaycana bilik əsaslı məhsullar ixrac edəcək

Qərbi Azərbaycan elm və texnologiya parkının rəhbəri bu parkda yerləşən şirkətlərdən birinin Azərbaycan Respublikasına bilik əsaslı məhsullar ixrac edəcəyini deyib.

Qafqaz Həqiqətləri – Doktor Əli Məhəmməd Nikbəxt Qərbi Azərbaycan elm və texnologiya parkında yerləşən bir neçə şirkətin cari ilin ilk üç ayında Azərbaycan Respublikasına səfəri barədə açıqlama verərək deyib: “Bu səfərdə bilik əsaslı məhsulların alqı-satqısı ilə bağlı həyata keçmiş danışıqlara müvafiq olaraq anlaşma memorandumu imzalanıb.”

Elm və Texnologiya parkının rəhbəri əlavə edib: “Sözügedən memorandumun gerçəkləşməsi istiqamətində bilik əsaslı bu şirkət özünün 26 növ təchizatınının satışı ilə bağlı müqavilə bağlamış və ilk yükünü ixrac edə bilmişdir.

Bu şirkət İraq Ərbilində bir şikrətlə də əməkdaşlığını başlamışdır və hal-hazırda o şirkətlə müqavilə bağlamağa hazırlaşır.”

Doktor Nikbəxt ixrac edilmiş məhsul barədə açıqlama verərək deyib: “Ulduz formalı sənaye kondansatörlərinin dizaynı 2010-cu ildə bilik əsaslı bu şirkət tərəfindən başlamışdır və artıq kondansatörlərin yeni nəsli reaktivlərin gücünün azalması, güc amilinin düzəldilməsi, kabel itkisini azaltmaq, aktiv enerjinin itkisini bir neçə faiz azaltmaq, enerji istehlakını optimallaşdırılması məqsədilə dizayn olunmuş və hazırlanmışdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button