AktualAktualArxivIslamMüsahibəQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü: Azad edilmiş Qarabağ əraziləri Qafqazla ticarəti genişləndirmək üçün fürsətdir

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü işğaldan azad edilmiş Qarabağ ərazilərini Orta Asiya və Qafqaz ölkələri ilə ticarət əlaqələrini genişləndirmək üçün fürsət adlandıraraq deyib: “Azad edilmiş ərazilər İran şirkətlərinin texniki-mühəndislik xidməti, elektrik enerjisi və kənd təsərrüfatı məhsullarını ixrac etmək üçün fürsət hesab olunur.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Südeyf Bədri “İRNA” müxbirinə müsahibəsində işğaldan azad edilmiş Qarabağ ərazilərinin Tehran-Bakı əməkdaşlığının güclənməsində yeni fürsət yaradağını vurğulayaraq deyib: “İranın istər azərilər yaşayan bölgələrində, istərsə də digər əyalətlərindəki texniki-mühəndislik şirkətləri yüksək səviyyədədir. İşğaldan azad edilmiş şəhərlərin yenidən qurulması Azərbaycan Respublikasına İran şirkətlərinin bacarığından faydalanmaq üçün fürsət yaradır.”

Azərbaycan Respublikasına texniki-mühəndislik xidməti ixrac etmək daha asandır

İslami Şura Məclisinin quruculuq işləri üzrə komissiyasının üzvü İran və Azərbaycanın mədəni və tarixi ortaqlıqlarına toxunaraq deyib: “Sanksiya şəraitində texniki-mühəndislik xidmətlərinin qonşu ölkələrə ixracı zəruri bir məsələdir və bizim Azərbaycan Respublikası ilə mədəni-tarixi ortaqlıqlarımıza diqqət etməklə, texniki-mühəndislik xidmətlərinin bu ölkəyə ixracı daha asandır.”
Bədri İran şirkətlərinin Azərbaycanda iştirakının məşğulluğa və ölkəyə valyuta gətirilməsinə də şərait yaradacağını vurğulayaraq deyib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərində, yol salınması və tranzit koridorlarının yaradılmasında iştirak edə bilsək, gələcəkdə bu birləşdirici yollardan Orta Asiya, Qafqaz və Rusiyaya da məhsul ixrac etmək üçün faydalana biləcəyik.
O, cari ildə açılışı nəzərdə tutulan Ərdəbil-Miyanə dəmiryolunun potensiallarına da toxunaraq deyib: “Miyanə-Ərdəbil dəmiryolu tir ayına (iyun-iyul) kimi istifadəyə veriləcək. Bu yol Azərbaycan Respublikasına qədər uzana, İranın Qafqaza məhsul tranzitini sürətləndirə və bölgənin vəziyyətini rövnəqləndirə bilər.”

Xudafərinin istifadəyə verilməsi Muğan çölünü suvaracaq

Ərdəbil, Nəmin, Nir və Səreyn əhalisinin İslami Şura Məclisində təmsilçisi İran və işğaldan azad edilmiş bölgələr arasında Xudafərin Su Anbarının işğal dövründə istifadə verilmədiyini də qeyd edərək deyib: “Xudafərin Su Anbarı illədir ki, tikilmişdir, habelə Qız Qalası Su Anbarı da cari ildə istifadəyə veriləcək. Xudafərin Su Anbarından 90 km-lik su xəttinin Muğana çəkilişinin tamamlanması ilə təqribən 40 min hektar ərazini suvarmaq mümkün olacaq və bu bölgədə kənd təsərrüfatı məhsullarının 1 milyon ton artıq istehsal edilməsinə səbəb olacaq.”
Bədri kənd təsərrüfatının inkişafını, ölkənin qida maddələrinin təminini, əkinçilik məhsullarının ixracatı üçün yaranacaq imkanları Xudafərin və Qız Qalası su anbarlarının faydaları sırasında sadalayaraq deyib ki, Araz çayı üzərində salınmış bu su anbarları Ərdəbil, Şərqi Azərbaycan və onunla qonşu olan digər əyalətlərin əkinçilik üçün lazım olan su ehtiyaclarını təmin edəcək.
İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü İslami Şura Məclisinin Tehran-Bakı münasibətlərinin güclənməsində və azad edilmiş bölgələrdə bərpa işlərinin aparılması istiqamətindəki əməkdaşlıqlarının artırılmasında rol ifa edə biləcəyini vurğulayaraq deyib: “Azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikası ilə münasibətləri inkişaf etdirməyin heç bir qanuni maneəsi yoxdur, İran şirkətləri bu bölgələrdə investisiya qoya bilər və texniki-mühəndislik xidmətləri təqdim edə bilərlər. İranlı şirkətlərin azad edilmiş bölgələrdə iştirakını asanlaşdırmaq üçün əgər qanuna ehtiyac duyulsa, Məclis və quruculuq işləri üzrə komissiya hökumət tərəfindən təqdim edilən layihəni qısa bir vaxtda araşdırmağa və qəbul etməyə hazırdır.”

İranın azad edilmiş bölgələrdə iştirakı üçün bütün potensiallar aktivləşməlidir

Millət vəkili İran-Azərbaycan parlamentlərarası dialoqlarına koronanın təsiri haqda deyib: “İclasların keçirilməsi azalıb. İki ölkənin parlamentlərarası dostluq qrupunun potensialından quruculuq sahəsindəki işlərin daha artıq koordinasiya edilməsi istiqamətində faydalanmaq lazımdır, habelə nazirliklərin potensiallarını da səfərbər etməliyik.”
Bədri İran şirkətlərinin texniki-mühəndislik xidmətlərinin İraq, Əfqanıstan, Pakistan və Azərbaycan kimi ölkələrə ixracını diqqətə çəkərək deyib: “Xarici İşlər Nazirliyində iqtisadi müavinliyinin yaradılması ilə yetərli vəziyyət yarana və texniki-mühəndislik xidmətlərinin digər ölkələrə ixracı gerçəkləşə bilər.”
Millət vəkili bu il Ərdəbilin kombinə tsiklli elektrik stansiyasının yeni fazalarının istifadəyə veriləcəyinə də toxunaraq deyib: “Bu stansiya əyalətin elektrik enerjisinin təminindən artıq qalan enerjini Azərbaycan Respublikası vasitəsilə Orta Asiya ölkələrinə ötürməyə qadirdir.”
O həmçinin Ərdəbil əyalətinin ölkənin kənd təsərrüfatında yerini xatırladaraq deyib ki, 40 min hektar ərazinin suvarılması, Muğanda sənaye və heyvandarlığın genişləndirlməsi kənd təsərrüfatı məhsullarnın istehsalını neçə qat artıracaq və həmin səbəbdən bu məhsulların Qafqaz və Orta Asiyaya ixracı üçün zəminə yaradılması vacibdir.
Quruculuq işləri üzrə komissiyanın üzvü vurğulayıb: “Azərbaycan Respublikası İran məhsullarının ixracı üçün kifayət etməyə bilər. Amma Qafqaz dairəsi və Rusiya İranın kənd təsərrüfatı məhsullarının alınması üçün yaxşı potensial ola bilər. Hal-hazırda Muğanda özəl sektorlar vasitəsilə 1600 hektar sahədə dekorativ gül becərilməsi istilikxanaları fəaliyyət göstərir və bu daxili ehtiyacları təmin etməkdən əlavə, Azərbaycan Respublikası ərazisi vasitəsilə qonşu ölkələrə ixrac edilə bilər.”
İran və Azərbaycan arasında dostluğun gücləndirilməsi və iki ölkə sərhəd mübadilələrinin artılması üçün sərhəd bazarlarının vacibliyini vurğulayan Bədri deyib: “Germi şəhərində əlverişli bazar yaradılmışdır, lakin hələ istifadəyə verilməyib. Bu bazarın istifadəyə verilməsindən sonra bölgədə iqtisadi və ticari vəziyyət daha çox rövnəqlənəcək.”
“İRNA”-nın bildirdiyinə görə, bu il payızın 44 günü Azərbaycan və Ermənistan orduları arasında münaqişəli Qarabağ ərazilərinə görə döyüş oldu, sonda bu müharibə Rusiyanın vasitəçiliyi və ortaq Bəyanatın yayılması ilə başa çatdı və Azərbaycan işğal edilmiş ərazilərini geri ala bildi.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev azad edilmiş rayonların, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının tamamilə dağıdıldığını deyib, bu bölgələrdə geniş yenidənqurma işlərinin aparılması üçün Azərbaycanın şirkətlərindən əlavə, dost ölkələrin də şirkət və iqtisadi fəallarını əməkdaşlığa dəvət edib.
Azərbaycanın xarici işlər naziri də İrana son səfərində Azərbaycanın İranla sərhədini dostluq və inkişaf sərhədi adlandıraraq, bu sərhədlərin bərpasının iki ölkə arasında yeni əməkdaşlıq layihələri yaradacağına inandığını bildirdi.
Bu müraciətlə İran şirkətləri, xüsusilə də Azərbaycan Respublikası ilə qonşu əyalətlərin şirkətləri üçün imkan yaranmışdır ki, dil və mədəniyyət ortaqlıqlarından faydalanmaqla və mahir, peşəkar işçi qüvvələri, habelə texniki-mühəndislik biliyi və zəlzələ baş vermiş bölgələrin bərpa işlərində apardıqları uğurlu təcrübələrdən istifadə etməklə, tikinti, yolsalma, telekommunikasiya, elektrik enerjisi və qaz xətlərinin genişlənməsi, habelə kənd təsərrüfatına aid zavod və fabriklərin inşası, kənd təsərrüfatının yeni qaydalarla genişlənməsi kimi sahələrdə iştirak edə bilsinlər.
İranlı şirkətlərin texniki-mühəndislik xidmətlərinin dünyanın 40 ölkəsinə, xüsusilə də qonşu ölkələrə ixracı bacarığı sübuta yetmişdir, iranlı podratçılarının son 20 ildə Yaxın Şərqdə, hətta Orta Asiyada çeşidli hüzuru olmuşdur, su anbarları və stansiyaları, elektrik şəbəkələri kimi sahələrdə iştirak etmişdir. Son statistikalara görə, İran hər il 1 milyard dollar dəyərində texniki-mühəndislik xidməti ixrac edir. Enerji nazirinin bildirdiyinə görə, bu rəqəmin 57 faizi su və elektrik enerjisi sənayesinin payına düşür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button