ArxivXəbər lentiXəbərlər

Xamenei tapşırıq verdi: İran nüvə hazırlığına başladı

İran bu gündən etibarən uranın zənginləşdirilməsi üçün potensialın artırılması prosesini başladıb.
qafqaz.ir Axar.az-a istinad  xəbər verir ki, bunu İSNA agentliyinə açıqlamasında İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Bəhrus Kamalvəndi deyib. Onun sözlərinə görə, Tehran bununla bağlı MAQATE-ni məlumatlandırmaq niyyətindədir.
O, İranın bu addımı ehtiyac yaranacağı təqdirdə lazım olan hədəfə tez çatmaq üçün atdığını bildirb. Kamalvəndi İranın uranın zənginləşdirilməsini qısa müddətdə 20%-ə qaldıra biləcəyini deyib.
Qeyd edək ki, bundan öncə İranın Ali dini lideri Əli Xamenei ölkəsinin nüvə fəaliyyətindən əl çəkməyəcəyini açıqlayıb. O bildirib ki, İranın həm sanksiyalar altında qalmasını, həm də nüvədən əl çəkməsini istəmək təzaddır.
O daha sonra İranın Nüvə Enerjisi Təşkilatına nüvənin zənginləşdirilməsinə başlamağı və 190 min EPP səviyyəsinə çatdırmağı tapşırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button