AktualAktualArxivXəbər lentiXəbərlər

İrəvanda vergi qanunlarının islahatı layihəsinə qarşı etiraz aksiyası keçirilib

Ermənistanda bir qrup etirazçı dövlətin vergi ilə bağlı qanunların dəyişdirilməsinə etiraz olaraq paytaxt İrəvanda aksiya keçirib.
Qafqaz Mədəniyyət Mərkəzi – Redaksiyamızın “Trend”-ə istinadla verdiyi xəbərə görə, etiraz aksiyası cümə günü dövlət kabinetinin iclası ilə eyni zamanda Respublika prospektində yerləşən dövlət binasının qarşısında baş tutub.
Aksiya iştirakçıları “Biz ədalət istəyirik” kimi şüarlar səsləndirərək yeni vergi islahatlarının ölkədə təbəqələşmə yaradacağına, ölkəni varlı və kasıb qütləşməsinə doğru aparacağına təkid ediblər.
Etirazçılardan bir qrupu simvolik olaraq öz boş pulqabılarını dövlət binasının girişinə atıb.
Qeyd edək ki, vergi qanunlarının islah olunmasına dair layihə Ermənistan parlamentində qəbul edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button