Şəxsiyyətlər

Müsəlmanların Birləşməsində Ayətullah Burucerdinin rolu

Birinci və İkinci Dünya döyüşündən sonra Fələstinin İngilis və Sionistlər tərəfindən işğal edilməsi və Ərəblərin İsrail ilə döyüşdə məğlubiyyətlərindən sonra İsrailin İslam dünyasını hakimiyyəti altına alma təhlükəsini ortaya çıxardı.

Buna görə söz mövzusu problemin həlli xüsusunda İslami məzhəblər arasında vəhdəti möhkəmləndərmə düşüncəsi Müsəlman alimlər arasında gündəmə gəldi. Tarixi keçmişindən, ekoloji təsirlərindən və İslam dünyasının digər elmi mərkəzlərinə nisbətlə Fələstinə daha yaxın olmasından ötəri şagirdlərinin İsrail ilə döyüşə qatılması və eyni şəkildə İslami vəhdətin banilərindən və müdafiəçilərindən olan Seyyid Cəmallədin Əsədabadi, Məhəmməd Əbduh və bu ikisinin şagirdlərinin Misirdə meydana gəlmələri əl-Ezhər Universitetini İslam Birliyi çağırışına böyük bir bazaya çevirdi. Əl-Ezhər Universitetinin bu çağırışı İslam dünyasının bir çox alimi tərəfindən mənimsənib dəstəklənildi. Bu alimlərdən biri də Ayətullah Burucerdi idi.
Ayətullah Burucerdi mərcəiyyətinin ilk günündən etibarən İslami məzhəbləri yaxınlaşdırmağa maraq göstərdi. O, bu yolda işin hər Şiə aliminin vəzifəsi olduğuna inanırdı. “Kim xəlifə oldu və bu haqlı bir seçki idimi yoxsa səhv idi?” kimi mövzuların gündəmə gətirilməsinin bu günün İslam cəmiyyəti üçün heç bir faydasının olmadığını söyləyib Şiə üləmasına xitab olaraq belə deyirdi: “Bu gün xilafət məsələsi Müsəlmanların ehtiyaclarından deyil və bunun üzərində ixtilafların yaradılmasının hıç bir mənası yoxdur. Kimin keçmişdə xəlifə olduğu barədə müzakirə aparmaq və tarixi fikir ayrılıqları bird aha qızışdırmağın Müsəlmanlara nə faydası olacaq. Bu gün Müsəlmanlar üçün faydalı olan şey islam maarifini və əhkamı kimdən öyrənəcəklərini bilmələridir. ”
Şəhid Murtəza Mutəhhəri Ayətullah Burucerdinin Müsəlmanların vəhdətinə olan marağını bu sözlərlə açıqlamışdır: “Ayətullah Burucerdi İslami Məzhəblərin yaxın­laşmasını və məzhəblər arasında xoş münasibətlərin artmasını könüldən arzulayırdı. Bu böyük insan, İslam tarixinə ol­duğu qədər İslam məzhəblə­rinə də göstərirdi. Keçmişdəki bəzi hakimlərin, məzhəb ixtilaflarını genişləndir­diklərini, Müsəlmanları bir-birinə düşmən etdiklərini və bu günün hakimlərinin də yenə eyni üsulları tətbiq edərək Müsəlmanları qarşı-qarşıya qoymaq istədiklərini çox yaxşı bilirdi. O, Şiələrin digər məzhəb tərəfdarlarından uzaq olmalarından ötəri bu insanların Şiəni tanımadıqlarını bu yüz­deən də Şiə məzhəbi haqqında gerçək olmayan təsəv­vürlərə sahib olduqlarını və bu səhv mənaların mütləq aradan qaldırılmasının lazım olduğunu söyləyirdi. Ayətullah Burucerdi daim Şiə və Sünnilərin yaxşı iliş­kilər və münasibətdə ol­malarını və bir-birlərinə yaxınlaşmalarının lazım olduğunu düşü­nürdü. O, müqəddəs İslam dininin ən böyük hədəflərinden biri olan müsəlmanlarının vəhdətinin gerçəkləşməsi və Şiə fiqhinin Müsəlmanların çoxluğunu təşkil edən Əhli Sünnə ictimaiyyətinə tanıdılması üçün səy göstərirdi. Ayətullah Burucerdi Şiə aləminin rəhbəri olmadan əvvəl yəni Burucerd şəhərində yaşa­dığı illərdə bəzi Şiə və Sünni mütəfəkkirlər tərəfindən İslami Məzhəblərin Yaxınlaşdırılması adlı beynəlxalq bir Müəs­sisə qurmuşdu. Ayətullah Burucerdi Quma köçdükdən və Şiə aləminin rəhbərliyini öhdəsinə götürdükdən sonra bu müəssi­səylə iş­birliği yaratdı. Beləcə son bir neçə əsrdir Şiə və Sünni əlaqələri təkrar inkişaf etdi. Sünni Müsəlmanların dini rəhbəri mövqeyində olan Şeyx Abdülməcid Səlim və onun ölümündən sonra da Əl-Əzhər Universitetinin Rek­toru Şeyx Mahmud Şəltut ilə irti­bata keçib mövzu haqqında ya­zışmalar və müzakirələr apardı…
Əslində Ayətullah Burucerdinin bu müə­ssisəyə maraq göstərdiyi deyil bu məsələyə aşiq oldu­ğunu hətta buna könül bağladığını söyləməmiz lazımdır. Mötəbər qaynaqlardan, Ayətullah Burucerdinin son nəfəsləri zamani xəstəxanada verdiyi müsahibədə öz halının qeydinə qalmadan başını qaldırıb İslami məz­heblərinin vəhdəti barəsində sual soruşduğunu və bu mövzu haqqında məlumat almaq istədiyini eşitmişik…”
Ayətullah Burucerdi İslami Məzhəbləri Yaxınlaşdırma Qurumunun qurulmasını müdafiə etdi. O ictihadı fiqh dərsində bəzən Əhli Sünnə alimlərinin fətvalarını dilə gətirir və “İslam fiqhinin tarixi əhəmiyyəti Əhli Sünnə alimlərinin fətvalarının araşdırılmasıyla işıqlanar” deyirdi. Necə ki, Müsəlman birliyi haqqındakı düşüncələrinə görə Hacı Şeyx Məhəmməd Təqi Qumini öz nümayəndəsi olaraq Misirə göndərdi. Şeyx Məhəmməd Təqi Əhli Sünnə alimlərinin mərkəzində Şiə alimi kimi oradakı alimlərlə əlaqəyə keçdi. O, Ayətullah Burucerdinin oradakı alimlərə yazdığı məktubları özlərinə çatdırır və onların Ayətullah Burucerdiyə yazdıqları məktubları da Ayətullah Burucerdiyə təslim edirdi.
Ayətullah Burucerdi öz nümayəndəsi vasitəsilə Əl-Əzhər Rektoru Şeyx Abdulmecid Səlimə yazdığı məktubunun cavabında Şeyx Abdulmecid Ayətullah Burucerdiyə hörmət və təşəkkürlərini ifadə etdikdən sonra belə yazırdı:
Qurumla olan iş­birliyinizdən və bu ilahi cihaddakı fəaliyyətlərinizdən ötəri sizləri yaxından tanıma fürsəti tapdım. Sizin kimi elm və mədəniyyət əhli dəyərli bir alimin İranda və İran xaricində İslam ümmətinin işlərini nizama qoymaq üçün qorxmadan çalışdığından xəbərdaram. İslam Məz­həblərini Yaxın­laşdırma Qurumuna diqqət və inayətlərinizdən olduqca faydalanmış, geniş münasibətlərlə dəyərli yardımları­nızdan istifadə etmişik.
Ayətullah Burucerdi İslam dünyasının mövqeyini doğru bir şəkildə qəbul edərək Müsəlmanların birliyini təhlükəyə salacaq hər cür cəhdin önünü almağa çalışırdı. Ayətullah Burucerdi xəstə halıyla yanındakılara belə dedi: “Şeyx Məhəmməd Təqi İrana gəldiyi zaman mesajımı Şeyx Şəltuta çatdırmasını söyləyin. İran ilə Misir arasındakı əlaqələri düzəltsin. İllərcə çəkdiyim zəhmətlərin hədər olmasından qorxuram.”
Ayətullah Burucerdi öz rəhbərliyi altındakı İslami Elmlər Hövzəsində ixtilafların çıxmaması üçün çox çalışırdı. Qum alimlərindən biri fiqh sahəsində şeir diliylə qələmə aldığı iki cildlik əsərini Ayətullah Burucerdiyə təqdim etmişdi. Kitabdakı beytlərin birində xəlifələrə təhqir edilmişdi. Bunu gördüyündə Ayətullah Burucerdi söyləmişdi: “İndi bunları dilə gətirmə doğru deyil.” Ardından bu şeirin silinməsi əmrini verdi .
Nəhayət Ayətullah Burucerdinin İslami məzhəbləri yaxınlaşdırma və Əhli Beyt üləmasının əsərlərini tanıtma xüsusundakı səyləri səmərəsini verdi. Onun bu səyləri nəticəsində Əl-Əzhər Universitetinin Rektoru Şeyx Mahmud Şəltut tarixi fətvasını nəşr etdi. Beləcə ilk dəfə bir Sünni alimi Şiə məzhə­bini rəsmi olaraq tanımış oldu.
Şeyx Şəltutun tarixi fətvasının mətni bu şəkildədir:
“Şeyxdən soruşuldu: Bəzi Müsəlmanlar bir kimsənin ibadətlərini və alış-ve­rişlə­rini şəri baxımdan doğru bir şəkildə yerinə gətirə bilməsi üçün meş­hur dörd məzhəbdən birinə uyğun gəlməsi lazım olduğuna inanırlar. La­kin İmamiyyə Şiəsi və ya Zeydiyyə məzhəblə­rinin adı bu dörd məzhəb arasında zikr edilməməkdədir. Sizə görə bu iki məzhəbdən birinə uyğun gəlmənin şəri baxımdan bir maniəçiliyi vardırmı?
Şeyx cavab verdi: İslam dini özünə inananları müəyyən bəzi məzhəblərə uyğun gəlmək məcburiyyətində buraxmamışdır. Hər Müsəlman doğru bir şəkildə nəqledilmiş və ehkamları öz kitablarında yazılı olan hər hansı bir məzhəbə uyğun gələ bilən anlayışla özünü uyğunlaşdıra bilər. Söz mövzusu dörd məz­həbdən birinə mənsub olan bir Müsəlman bu dörd məzhəb daxilindəki başqa məzhəbə keçə bilər.
Cəfəri məzhəbi olaraq bilinən İmamiyyə məzhəbinə uyğun əməl etmək digər Əhli Sünnə məzhəblərinə uyğun gəlmək kimi şəri baxımdan caiz­dir.
Bu səbəbdən Müsəlmanlar söz mövzusu məzhəb haqqın­dakı yersiz fanatizmlərindən imtina edərək bu həqiqəti anla­malıdırlar. Çünki Allahın dini hər hansı bir təriqətin inhisarından deyil, Bütün məzhəb qurucularının ictihadi nəzərləri ilahi dərgahın yanında qəbul ediləcək. Müctehid olmayan kəslər hər hansı bir məzhəbə uyğun gələn fiqh əsasında əməl edə bilər. Bu xu­susda ibadətlər və əməllər arasında heç bir fərq yoxdur. ”
Fanatik Ərəbistanlı Vəhhabilərin Şiəni təkfir etdikləri bir dövrdə Şeyx Şəltutun verdiyi bu tarixi fətvası Şiə məzhəbinin resmiyyət qazanmasında çox təsirli oldu./taqrib.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button