AktualArxivXəbər lentiXəbərlər

İnternetin qiyməti qalxır?

Azərbaycanda internetin qiymətinin artması ilə bağlı bəzi mətbuat səhifələrində məlumatlar yayılıb. İddialara görə, gələn il internetin qiyməti qalxacaq.

qafqaz.ir xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə müraciət edib.

Qurumun mətbuat katibi Günel Gözəlova saytımıza açıqlamasında qiymətlərdə dəyişiklik olmadığını bildirib:

“Hazırda bununla bağlı hər hansı yenilik, dəyişiklik yoxdur. Müvafiq instansiyalar gələn il aidiyyatı üzrə hər hansı təkliflə çıxış etsə, hər halda məsələyə baxıla bilər. Hazırda internetin qiymətinin qalxması məsələsi gündəmdə deyil”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button