ArxivIslamXəbər lentiXəbərlər

İnsanlar öz əməllərində məcbur deyillərm – Hacı İlham Əliyev yazır

Bislmillahir-Rəhmanir-Rəhim.

İnsanlar öz əməllərində məcbur deyillərmi?

Allah-taala əzəli elmi ilə hər insanın nə edəcəyini bilirsə, onda günahkar günahı etməsə Allahın elmi cəhl olmazmı?Qədim zamanlardan alimlərin nəzərini cəlb etmiş məsələlərdən biri də məhz elə bu olub. Əşəri məzhəbinin əqidəsinə əsasən insanın gördüyü işlərin faili Allah-taaladır və insan sadəcə bir alət rolunu oynayır.Əhli sünnənin digər məzhəbi Mötəzilə isə Əşərilərin nöqtə müqabilini düşünür və belə güman edirlər ki, Allah-taala insanın işlərinə heç bir müdaxilə etmir. İnsanları xəlq etdikdən sonra özbaşına buraxıb, onlar da nə istəyir və necə istəyirlərsə onu da edirlər.Amma Əhli-beyt məktəbinə mənsub olan, Qurani-Kərimin ayələrindən və Əhli-beyt kəlamlarından istifadə olunan üçüncü nəzəriyyəyə əsasən insan nə tam özbaşına buraxılıb və nə də tam ixtiyar sahibidir. Bu məsələnin aydın olması üçün mərhum Ayətullah Seyyid Əbdül Qasim Xoinin misalına diqqət edək:Təsəvvür edin ki, biri iflic xəstəliyinə mübtəla olub və tam hərəkətsizdir. Onu yalnız elektirik cərəyanı vasitəsilə hərəkətə gətirmək mümkündür. Elektirik cərəyanı qoşulduqda hərəkət edir, ayrıldıqda isə hərəkətdən qalır. İstədiyimiz vaxt elektirik cərəyanını ondan ayırıb hərəkətdən saxlayaq. İndi bu cür insan hərəkət edib iş görsə şübhəsiz ki, bunu öz ixtiyarı ilə edəcək. İstər pis iş görsün, istərsə də yaxşı iş. Bizə nisbət verilən yalnız elektirik vasitəsiylə ona verdiyimiz güc, qüdrətdir. Hər an bunu onun əlindən ala bilərik. Lakin bunu eləmirik və onu öz xoşuna buraxmışıq ki, bu güc-qüdrətdən öz ixtiyarı ilə istifadə etsin.Bizim də həyatda gördüyümüz işlər bu cürdür. Güc, qüdrət Allah-taala tarəfindəndir, hər an onu bizdən ala bilər. Amma müəyyən bir zamanadək (ömrünün axırınadək) bu qüdrətdən necə bəhrələnməyi bizim öz ixtiyarımıza qoyub. Odur ki, pis iş də görsək, işi görməyə qüdrət Allahdan olsa da belə, biz özümüz öz iradə və ixtiyarımızla görürük. İş bizim özümüzə nisbət verilir. Əhli-beyt kəlamlarında nəql olunan “nə cəbr və nə də təfviz (özbaşınalıq), bəlkə orta bir yol” məşhur cümləsinin mənası da elə budur.Allahın əzəli elminə dair sualdakı məsələyə gəlincə isə, deməliyik ki, işin nəticəsi ilə onun müqəddiməsi arasında fərq qoymamalıyıq. Sual həqiqətdə bu fərqi qoymaqdan irəli gəlir. Allah-taalanın elmi qeyri-məhdud olduğundan, nəinki bizim işlərimizin nəticəsindən agahdır, bəlkə işlərimizin bütün müqəddiməsinə də agahdır. Əgər bir işin bütün müqəddiməsini nəzərdə tutsaq “iradə”, “istək” müqəddimənin sırasında deyilmi? Odur ki, Allah-taala insanların əməllərinə olduğu kimi alimdir. Yəni Allah-taala bütün işlərə bütün müqəddiməsi ilə birlikdə alimdir. Əgər iş ixtiyari işdirsə, Allah da ixtiyar qeydi ilə işdən agahdır. Belə ki, əgər ixtiyarı işlərimizdə məcbur olsaq, onda Allahın elmi cəhldir. Çünki işin müqəddiməsindən biri “iradə”, istək”-dir. Bizim işimiz ixtiyar qeydi ilə birlikdə Allaha məlumdur. Və bu elmin insan ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button