ArxivXəbər lentiXəbərlər

İngiltərə Müdafiə Naziri: İrana borcluyuq

İngiltərə Müdafiə naziri, “Chiftan” tankları məsələsində İrana borclu olduğunu etiraf edib.

İngiltərə Müdafiə naziri Ben Uollas, ilk dəfə ölkəsinin İrana “Chiftan” tanklarına görə borclu olduğunu etiraf edib və Tehrana olan borcunu ödəməyə çalışdığını söyləyib.

Şah Pəhləvi rejimi dövründə İran İngiltərədən “Chiftan” tankının alınmasını əmr etmişdi, lakin rəsmi London, İranda İslam İnqilabının qələbəsi bəhanəsi ilə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdi və indi bu tankların çatdırılmaması səbəbiylə İngiltərənin İrana olan borcu 400 milyon funt olduğu təxmin edilir.İndiyə qədər bununla bağlı bir neçə məhkəmə prosesi keçirilib, sonuncusu bu ilin yanvarında olub.

İranla İngiltərə arasında mübahisəli məsələlərdən biri də bu borcun faiz dərəcəsidir. Keçən il Londondakı Ali Məhkəmə, AB-nin sanksiyaları səbəbiylə faizlərin ödənilməməsinə qərar verib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button