AktualAktualArxivXəbər lentiXəbərlər

İngiltərə mediası: İŞİD terrorçuları Türkiyədə rahatlıqla gəzir FOTO-FAKT

FaktXəbər-in Hürriyyət-ə istinadən verdiyi məlumata görə, İŞİD  terror qruplaşmasına qatılmaq üçün  Antaliyadan keçərək  Suriya və İraqa getdiyi  söylənilən bir qrup ingilisin  Londonun Gatwick hava limanında  çəkilmiş  görüntüləri yayılıb.

Daily Mail qəzetinin xəöbərinə görə, 2013-cü ilin 8 oktyabrınla  aeraportun  müşahidə kameraları tərəfindən çəkilən görüntülərdə  25 yaşındakı  Muhammed Hamidur Rəhman, 31 yaşındakı Mashadur Choudhury, 25 yaşındakı Assad Uzzaman, 19 yaşındakı Mehdi Hassan və Mamunur Roshidin Thomas Cook hava limanlarına aid  bir təyyarə ilə  Antalayay  getməyə hazırlaşdığı görünür.

Özlərinə “Britani Brigade Bangladeshi Bad Boys” adını verən radikalların Antalyadan sonra Hataya getdiyi və burdan  Suriyaya keçərək  İŞİD terrorçuları ilə görüşdüyü düşünülür.

İŞİD-ə qoşulmazdan əvvəl  İngiltərənin  populyar  mağazası olan  Primark-da xəzinədar olan  Rəhmanın keçən ay Suriyadakı  döyüşlərdə həlak olduğu təxmin edilir.

Suriyaya getməzdən öncə bələdiyyədə işləyən və əxlaqsız qadınlara olan marağı ilə da çıxaran  Çoudxurinin isə İŞİD-ə qoşula bilmədiyi və Türkiyədən keçməklə İngiltərəyə dönərkən «terror dəstək» ittihamı ilə  həbs olunduğu bildirilir.

İngilis rəsmiləri kadrlarda görünən  digər üç nəfərin isə  harada olduğunu bilmədiklərini, lakin onların hazırda İŞİD-in tərkibində ola biləcəklərini düşündüklərini deyib.

Hər ay 30 nəfər İŞİD-ə qoşulmaq üçün Türkiyəyə gedir

İngilis rəsmiləri  hər ay təxminən 30 İngiltərə vətəndaşının  İŞİD terrorçularına qoşulmaq üçün  Türkiyə vasitəsi ilə Suriya və İraqa getdiyini bildirir.
İngilis mətbuatı bununla bağlı xəbərlərdə Türkiyə hökumətinin, sərhədlərinə nəzarət etmək  və İŞİD-ə qoşulacaq döyüşçülərin  keçməyinə mane olmaq üçün kifayət qədər səy göstərmədiyini, sərhədlərdəki bu boşluğun terror qruplaşmasının geniş fəaliyyətində böyük rol oynadığını bildirir.

Mashadur Choudhury və Muhammad Hamidur Rahman

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button