ArxivXəbər lentiXəbərlər

İnanclıların Hüquqlarının Müdafiə Komitəsi toplandı

Azərbaycan Ziyalılar Birliyinin ofisində inanclı kəsimlərin hüquqlarının müdafiə komitəsi mətbuat konfransı keçirib. FaktXeber.com-un məlumatına görə, tədbirdə bir çox ictimai-siyasi təşkilatın nümayəndələri, həmçinin siyasi məhbusların ailələri toplanıb.
qafqaz.ir faktxebere-a istinadina gore.İlk olaraq çıxış edən Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirdi ki, bu yaxınlarda AİP sədri Mövsüm Səmədovla görüşüb: “İnsan Allahla olanda onda daxili harmoniya olur və onlar bu daxili harmoniya ilə yaşadıqları üçün məhrumiyyətlər gözlərinə görünmür. Onda gördüyüm  daxili mübarizə əzmi məni yaxşı mənada təəccübləndirdi. O, hamıya salam dedi. Ölkədə baş verən sosial, ictimai, psixoloji hadisələrdən tam xəbərdardır və mütəmadi olaraq informasiya alır.”
E.Quliyev daha sonra, “əgər həbs olunan 160-dan artıq siyası məhbusun 100-ü dindar qardaşlarımız, inanclı kəsimin nümayəndələridirsə, deməli nəsə eləmək lazımdır. Bunu müzakirə etmək üçün bura toplaşmışıq”, – deyə bildirdi.
Tədbirdə çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli siyasi məhbusların əslində siyahıdakından qat-qat artıq olduğunu bildirdi: “Azərbaycanda saxta ittihamlarla, şərlə, sifarişlə həbs olunan insanlar var. Məsələ bundan ibarətdir ki, əgər ölkədə hüquq nonsesdirsə, hüquqi müstəvisi yoxdursa, mən ədaləti hansı formada bərpa etməliyəm necə təmin edə bilərəm. Burada saxta iftiralarla siyasi məhbus həyatı yaşayan az adam yoxdur. Bu ölkədə istənilən şəxsə istənilən maddəylə cinayət işi açıla bilər. İslam həmrəyliyi olan ölkədə inanclılara 500 ildən artıq iş verilir. Ruhani namaz qıldığına görə cəza alır. Əgər məhkəmə sistemi hüquqa yox, sifarişə söykənirsə, bu vətəndaş hansı formada həll eləməlidir.”
Tədbirdə həmçinin Milli Şuranın üzvü Vahid Kınık, Tofiq Yaqublu, Hilal Məmmədov çıxış ediblər.
0

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button