ArxivIslammədəniyyatŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

İmran Xan: Sionist rejimini heç vaxt tanımayacağıq

İmran Xan: Sionist rejimini heç vaxt tanımayacağıq
Pakistanın baş naziri sionist rejimini heç vaxt rəsmi olaraq tanımayacaqlarını bildirib və bu rejimlə münasibətləri normallaşdırmağı pisləyib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Pakistanın baş naziri İmran Xan Birləşmiş Ərəb Əmirliklərinin sionist rejimlə münasibətləri normallaşdırması kimi rüsvayçı addımını pisləməklə yanaşı vurğulayıb: “Qüdsü işğal edən rejimi heç vaxt rəsmi olaraq tanımayacağıq.”
İmran Xan öz Tvitter səhifəsində yazıb: “Bizim mövqeimiz tamamilə aydındır. Pakistanın mərhum rəhbəri Məhəmməd Əli Cinahın elan etdiyi kimi “İsrail” işğal etdiyi ərazilərdən çıxmayınca və ədalət əsasında fələstinlilərin haqqını qaytarmayınca, Pakistan bu rejimi tanımayacaq.”
Baş nazir əlavə edib: “Bu rejimi rəsmi tanısaq və ona təslim olsaq, onda Kəşmirdən də çıxmalıyıq. Biz bu rejim və Fələstin barədə Allaha cavab verməliyik.”
İmran Xan “Dunya News” telekanalına verdiyi müsahibədə də Pakistanın heç vaxt Fələstin əhalisini tək qoymayacağını və sionist rejimini tanımayacağını bildirməklə yanaşı deyib: “Fələstin əhalisinə edilən zülmlər bais olmuşdur ki, vicdanım “İsraillə” münasibətlər qurmağı qəbul etməsin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button