ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

İmperialistlərlə siyasi, yumşaq, intelektual və hərbi müharibə şəraitindəyik

 İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin dünən tələbə gənclər və tələbə təşkilatarının bir qrup nümayəndəsi ilə videobağlantı formatında iclası olub. O, zülm, küfür və imperializm cəbhəsi ilə mübarizədə ölkənin malik olduğu ümidverici reallıqlarına işarə edərək gəncləri həqiqi idealtələblik və tələbkarlıq bayrağını yüksəkdə saxlamağa çağırıb. Daha sonra tələbkarlığın aqressivlik və söyüşdən ayrılması, diskurs yaradılması zərurəti, rəqibi tutma texnikası vasitəsilə inqilab cəbhəsinin genişləndirilməsinə çalışmaq, baxışlar müxtəlifliyinə əsas verməmək, inqilab prinsiplərində şübhəçilərə sərhəd qoymaq, elmi inkişafa köklənmək, düşmənin gənclərə sərmayə qoyuluşu qarşısında ayıq olmaq, gənc və inqilabçı dövlət anlayışının düzgün izahı kimi on mühüm məsələ ilə bağlı tövsiyələr verib.

Çıxışı zamanı imperialistlərlə müharibəyə işarə edən Ayətullah Xamenei deyib: “Diqqətdən qaçırmaq olmaz ki, İslam Respublikası imperialistlər cəbhəsi ilə siyasi, intellektual, yumşaq və sərt müharibə şəraitindədir”.

“Reallıq ondan ibarətdir ki, bu gün İranın qarşısında hər növ vasitə, hiylə və imkanlardan istifadə edərək İslam dövlətinin geri çəkilməsi və təslim olmasına çalışan geniş və çox böyük zülm, küfür və imperialist cəbhəsi dayanır. Əgər onların qarşılarına qoyduqları məqsəd reallaşsa, bu, gələcəkdə ölkə üçün çox baha başa gələcək. Əlbəttə, Allahın lütfü, xalqın ayıqlığı və müqaviməti sayəsində imperialist cəbhə bu məqsədinə çatmayacaq”, -deyə o əlavə edib.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən deyib: “Qeyd edilən gerçəklərin məcmusu İslam dövlətinin mədəni, sosial, hərbi və digər sahələrdə düşmən chbəsinə qalib gəlmək üçün çox yüksək potensiala malik olduğunu göstərir. Bu aydın reallıq ürəklərdə həqiqi ümid yaradır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button