ArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərXəbər lentiXəbərlər

İmam Sadiqdən (ə) qızıl tövsiyələr

Məsum rəhbərlərin zamanında yaşayıb elmi və mənəvi məqamından agah olanlar, bəzən onlarla görüşür, onların öyüd-nəsihərlərindən, tövsiyələrindən bəhrələnirdilər.
Xoşbəxtlikdən, bu tövsiyələrdən bir qismi keçmiş din xadimləri, alimləri və təbliğçilərinin zəhmət və təlaşları sayəsində təlatümlü hadisələrdən saf və səhih çıxaraq bizim hədis mirasımızda gözə dəyməkdədir.
Biz bu məqalədə imam Sadiqin (ə) insani keyfiyyələrin kəsbində və Allahla rabitənin möhkəmlənməsində faydalı olan tövsiyələrindən beşini qeyd etməklə kifayətlənirik:
Birinci tövsiyə: Bir nəfər imam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin övladı! Mənə nəsihət edin.” İmam (ə) buyurdu:
لَا یَفْقِدُكَ اللَّهُ حَیْثُ أَمَرَكَ وَ لَا یَرَاكَ حَیْثُ نَهَاكَ
“Allah səni əmr etdiyi yerdə qaib görməsin və nəhy etdiyi yerdə də hazır görməsin.” Başqa sözlə, bütün vacib buyurulan əməlləri yerinə yetir, haram olanları isə tərk et! (“Əs-sərair”, 3-cü cild, səh.650.)
İkinci tövsiyə: Əbu Bəsir nəql edir ki, imam Sadiqin (ə) şəhadəti münasibətilə başsağlığı vermək üçün o həzrətin həyat yoldaşı və imam Kazimin (ə) anası Ümmü-Həmidənin hüzuruna getmişdim. Gördüm ki, xanım ağlayır. Məni də ağlamaq tutdu. Sonra mənə dedi: “İmam Sadiq (ə) ömrünün son anlarında gözünü açıb buyurdu:
اجمَعوا لی كُلَّ مَن بَینی وَ بَینَهُ قَرابَةٌ
“Mənimlə qohumluq münasibəti olanların hamısını ətrafıma toplayın.”
Biz hamını çağırdıqdan sonra, İmam (ə) onlara baxıb buyurdu:
إنّ شفاعَتَنا لا تَنالُ مُستَخِفّاً بِالصَّلاة
“Həqiqətən, bizim şəfaətimiz namazı yüngül sayanlara yetməz.” (“Əl-məhasin”, 1-ci cild, səh.80; “Əmali”, Şeyx Səduq, səh.572.)
“Lisanul-ərəb” adlı məşhur lüğət kitabında (9-cu cild, səh.80) bu hədisdə qeyd olunan “mustəxiffən” ifadəsi haqda belə yazılır: “İstəxəffə” sözü hörmətsizlik və etinasızlıq mənasını daşıyır və hədisdəki “mustəxiffən bis-səlat” ibarəsinin mənası da belədir: “Namaza hörmətsizlik edən və etinasız yanaşan.” Demək, namaza hörmətsizlik edənlər, ya namaz qılmayanlardır, ya da namazqılan olsalar da, onun qılınmasında ədəb qaydalarını gözləməyənlər, namazı vaxtlı-vaxtında qılmayan, namaza əhəmiyyətsiz yanaşan, namazı axır vaxtlarda qılan, birini qılıb digərini qəzaya verənlərdir.
Üçüncü tövsiyə: Süfyan Suri imam Sadiqin (ə) hüzurunda ikən, “Ey Peyğəmbərin (s) övladı mənə nəsihət edin!” – deyə ərz etdikdə, İmam (ə) buyurdu:
یا سُفیانُ، لَا مُرُوءَةَ لِكَذُوبٍ وَ لَا أَخَ لِمُلُوكٍ [لِمَلُولٍ‏] وَ لَا رَاحَةَ لِحَسُودٍ وَ لَا سُۆْدُدَ لِسَیِّئِ الْخُلُق‏
“Ey Süfyan! Yalançılarda mürüvvət və insaniyyət olmaz, zülmkar hakimlərdən dost olmaz, həsədaparan (paxıl) rahatlıq üzü görməz, bədəxlaq şərəf və hörmət sahibi olmaz.” (“Məcməul-bəhreyn”, 3-cü cild, səh.73.)
یا سُفیانُ، ثِقْ بِاللَّهِ تَكُنْ مُۆْمِناً وَ ارْضَ بِمَا قَسَمَ اللَّهُ لَكَ تَكُنْ غَنِیّاً وَ أَحْسِنْ مُجَاوَرَةَ مَنْ جَاوَرْتَهُ تَكُنْ مُسْلِماً وَ لَا تَصْحَبِ الْفَاجِرَ فَیُعْلِمَكَ مِنْ فُجُورِهِ وَ شَاوِرْ فِی أَمْرِكَ الَّذِینَ یَخْشَوْنَ اللَّهَ عَزَّ وَ جَل‏.
“Ey Süfyan! Möminlər zümrəsində olmaq üçün Allaha etimad et. Ehtiyacsızlığı duymaq üçün Allahın sənin üçün təyin etdiyi ruziyə razı ol. Müsəlman olmq üçün qonşularınla yaxşı davran. Günah əhli ilə oturub-durma, yoxsa, öz günahı haqda sənə məlumat verəcək (və nəticədə səni günah işlərə rəğbətləndirəcək). Öz işlərində Allahdan qorxanlarla (halal-harama riayət edənlərlə) məsləhətləş.” (“Əl-xisal”, 1-ci cild, səh.169.)
Dördüncü tövsiyə: Yəhya və İshaq nəql edirlər ki, imam Sadiq (ə) həmişə bizə iki xüsusiyyəti tövsiyə edər və buyurardı:
عَلَیْكُمْ بِصِدْقِ الْحَدِیثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِرِ، فَإِنَّهُمَا مِفْتَاحُ الرِّزْقِ.
“Sizə düz danışmağı və əmanətdarlığı tövsiyə edirəm, (qarşı tərəfiniz) istər yaxşı insan olsun, istərsə də günahkar! Şübhəsiz, bu iki əməl ruzi açarıdır.” (“Əl-əmali”, Şüyx Tusi, səh.676.)
Beşinci tövsiyə: Bir nəfər imam Sadiqdən (ə) ona nəsihət etməsini istədikdə, İmam (ə) buyurdu:
أعِدَّ جِهازَكَ وَ قَدِّم زادَكَ لِطولِ سَفَرِكَ وَ كُن وَصِیَّ نَفسِكَ وَ لا تَأمَن غَیرَكَ أن یَبعَثَ إلَیكَ بِما یُصلِحُكَ
“Səfər ehtiyatını hazırla, uzun səfər üçün ehtiyac duyduğunu öncədən göndər, öz işlərini özün yerinə yetir, başqalarına bel bağlama ki, haçansa gəlib sənin ehtiyac duyduğun xeyir işləri sənin əvəzində yerinə yetirəcək.” (“Əl-əmali”, Şüyx Tusi, səh.355.)
“Həqqullah” (Allahın haqqı) və və “həqqun-nas”ın (camaatın haqqı) ödənilməsi zamanı və məkanı bilinməyən axirət səfəri üçün ən mühüm işlərdir. Bu səfərin ehtiyatı təqvadır ki, axirət aləmində ondan layiqincə bəhrələnmək üçün məhz bu dünyada kəsb olunur. Həmçinin bu kimi işlərdə başqalarına bel bağlamaq da faydasızdır, çünki heç kim insanın özünə özü qədər ürək yandıra bilməz.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button