ArxivIslamQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Akademik avarçəkmə üzrə Asiya və Okeaniya olimpiya seçim turniri

Məhsa Cavər və Zeynəb Noruzi akademik avarçəkmə üzrə Asiya və Okeaniya olimpiya seçim turnirinin qadınların yüngül çəkili ikinəfərlik qayıq yarışlarında ikinci seçmə qrupunun ilk pilləsində durmaqla finala vəsiqə qazanıblar.
Akademik avarçəkmə üzrə Asiya və Okeaniya olimpiya seçim turniri bu gün Cənubi Koreyanın Çxoncu şəhərində başlanıb.
İranın akademik avarçəkmə üzrə yığma komandası qadınlar bölməsində üç, kişilər bölməsində isə bir idmançı ilə sözügedən beynəlxalq turnirdə iştirak edir.
Məhsa Cavər və Zeynəb Noruzi qadınların yüngül çəkili ikinəfərlik qayıq yarışlarının ikinci seçmə qrupunda Honq-Konq, İndoneziya, Cənubi Koreya və Vyetnamdan olan rəqiblərilə mübarizədə birinci qayıq olaraq, finiş xəttini keçib və yarışların finalına yüksəliblər.
Üçüncü seçmə qrupunda qadınların birnəfərlik akademik avarçəkmə yarışlarında Fatimə Mocəlləl Sinqapur, Filippin, Tailand və Qazaxıstandan olan rəqiblərilə birinci qayıq kimi finiş xəttini keçib və turnirin yarımfinal mərhələsinə yüksəlib.
Kişilər bölməsində isə birnəfərlik  akademik avarçəkmə üzrə ikinci seçmə qrupunda Həmid-Rza Rizvani Küveyt, Hindistan, İndoneziya, Malayziya və İraqdan olan rəqiblərilə mübarizədə dördüncü qayıq olaraq, finiş xəttini keçib və yarışların “yeni şans” hissəsində iştirak imkanı əldə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button