ArxivXəbər lentiXəbərlər

Nardaranda şərlənərək həbs edilən Abbas Hüseyn “Bandotdel”ə niyə aparılıb?!

Allahın adı ilə

Təcili, son dərəcə təcili!

Bu gün Müsəlman Birliyi Hərəkatının məhbus üzvü Abbas Hüseyn saxlandığı Kürdəxanı təcridxanasından qanunsuz olaraq, “Bandotdel” adlanan işgəncə yuvasına aparılıb. Məqsəd yəqin ki, Abbası yenidən işgəncələrə məruz qoymaqdır. Qeyd edək ki, bu birinci belə hal deyil. Bundan qabaq da Kürədxanıdan dustaq qardaşlarımız “Bantotdel”ə aparılaraq təzyiqlərə məruz qoyulub. Bu artıq bütün sərhədlərin keçilməsi, özbaşınalığın pikidir.
Vətəndaşlara qarşı dövlətin bu cür saymazyana və vəhşi münasibətini şiddətlə qınayırıq.
Biz dünyaya, müsəlman bacı qardaşlarımıza, insanlığa hörmət qoyan hər kəsə səslənirik: Bu vəhşəti dayandırmaq üçün nəsə edin!
Səs salın hər yana! Əli qolu bağlı günahsız məhbusa düşməncəsinə zülm edilir. Dünya və vicdanı olan bu hadisəyə kor qalmamalıdır. Biz o işgəncə verənləri onsuz da tanıyırıq. Heç kim dünyanın 5 gündən ibarət olduğun düşünməsin. O işgəncə verən manyaklar çox çəkməz bu dünya da da İlahi dərgahda da layiqli cəzaların alacaqlar.

Abbas Hüseynə qarşı qanunsuzluğa son qoyulsun deyirik! Siz də deyin!/facebook/

***
Nardaran hadisələri zamanı həbs edilən və hazırda Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb. Bu barədə məlumatı vəkillərə onun qardaşı Məmməd Hüseynov verib.

Vəkillərinin Meydan TV-yə verdiyi məlumata görə, Abbas Hüseynov qardaşına zəng çalaraq “Bandotdel”ə aparıldığını deyib. Onun məhkəmədəki çıxışlarına görə işgəncəyə məruz qoyulacağı güman edilir.

DİN-in ictiamiyyətlə əlaqələr şöbəsi məsələ ilə bağlı Meydan TV-yə açıqlama vermək istəməyib.

Abbas Hüseynov məhkəmədə əsasən BMCMİ-də üzləşdiyi işgəncələrdən danışır. Bundan başqa, o, Milli Şuranın 11 sentyabr mitinqi ilə bağlı da ictimaiyyətə müraciət ünvanlamışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button