ArxivFatimi yaşayişIslammədəniyyatSosialTarixXəbər lentiXəbərlər

İmam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Hicri-qəməri təqvim ilə Şəvval ayının 25-i müsəlmanların altıncı imamı – Həzrəti Cəfəri Sadiqin (ə) şəhadət günüdür.

* Hz. İmam 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya gəlib.

İmam Cəfər Sadiq (ə) islam dini, eləcə də dünyəvi fənləri olduqca mükəmməl tədris edirdi. O, Mədinə şəhərində o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. Dünyanın müxtəlif məntəqələrindən insanlar Mədinəyə axışır, həzrətdən məlumat alırdılar.

Hz. İmam elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. Bundan əlavə, o, 4000 nəfərdən çox şagird yetişdirməyə və onları müsəlman məmləkətlərinə yaymağa nail olub.

İmam Cəfər Sadiqin (ə) elmindən əhli-sünnə alimləri də bəhrələnirdilər. Maliki məzhəbinin banisi Malik ibn Ənəs, hənəfi məzhəbinin banisi Əbu Hənifə, məşhur fəqihlər Süfyan Sovri, Süfyan ibn Üyeynə, İbn Cüreyc, Şöbə onun dərslərində iştirak ediblər.

İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi xəlifəsi Hişamın əmri ilə o, Dəməşqə sürgün olunur. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə imam (ə) iki dəfə sürgünə göndərilir.

O həzrət Mədinəyə qayıtdıqdan sonra təqiyyə edərək yaşayıb. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən imam Sadiq (ə) xəlifə Mənsurun göstərişi ilə zəhərləndirilərək şəhid edilib.

İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbristanlığında imam Həsən Müctəba (ə), imam Zeynulabidin və imam Məhəmməd Baqirin məzarları ilə yanaşı yerləşir.

Qeyd edək ki, Bəqi qəbiristanlığında yerləşən dörd imamın məzarı üzərində ucaldılmış məqbərə ötən əsrin əvvəllərində (təxminən 1925-ci il) radikal dini cərəyanların şeyxlərinin göstərişləri ilə dağıdılıb. Bu günədək o imamların mübarək məzarlarının ziyarətinə məhdudiyyət və çətinliklər yaradılır.

İslamazeri.com İslam Dünyasına, xüsusilə Əhlibeyt İmamlarını sevən hər kəsə dərin hüznlə başsağlığı verir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button