ArxivXəbər lentiXəbərlər

İlqar Məmmədov haqda hökm çıxaran hakimlər cəzalandırılacaqmı?

Ali Məhkəmənin Plenumunun qərarına əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin ReAl partiyasının sədri İlqar Məmmədov haqqında verdiyi hökm ədalətsizdir.
Aprelin 25-də partiya sədrinə bəraət verildi. Bu qərardan sonra hökmü verən hakimlərin cəzalandırılması məsələsi gündəmə gəldi.
Toplum TV illər öncə həmin məhkəmə prosesində İlqar Məmmədovun vəkili olmuş Xalid Bağırovla əlaqə saxlayıb.
Hüquqşünas hakimlərin iki yolla cəzalandırılmasının mümkünlüyündən danışıb.
Onun sözlərinə görə, birinci halda İlqar Məmmədova bəraət verən məhkəmənin özü həmin hakimlər və istintaqın aparılmasında iştirak etmiş prossesual şəxslər barəsində xüsusi qərar çıxara və araşdırılması üçün prokurorluğa  göndərə bilər.
İkinci halda İlqar Məmmədov özü şəxsən Baş Prokurorluğa müraciət edərək bu şəxslərin cəzalandırılmasını tələb etməsi mümkündür.
İlqar Məmmədovun indiki vəkili Fuad Ağayev deyir ki, Ali Məhkəmənin Plenumunun qərarını aldıqdan sonra hər hansı hüquqi prosedurun atılması aktuallaşacaq.
“Məhkəmənin qərarı ilə əlaqədar məhdudiyyətlərə məruz qalan şəxs İlqar Məmmədovun özüdür. Əgər o qərara alsa ki, həmin şəxslərin məhsuiyyətə cəlb olunması məsələsi qaldırılmalıdır, ondan sonra bu məsələ qaldırıla bilər”, –  vəkil hakimlərin məhsuliyyətə cəlbi ilə bağlı deyib.
İlqar Məmmədov da qərarın mətnini aldıqdan sonra addım atıb-atmayacağını açıqlayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov isə Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlərinin cəzalandırılması ilə bağlı onların deyil, Məhkəmə-Hüquq Şurasının mövqe açıqlamalı olduğunu söyləyib.
Toplum TV adı çəkilən qurumdan münasibət ala bilməyib.
Şuranın Şəki hakimləri ilə bağlı hüquqi prosedur başlanmasına gəlincə, bunu da zaman göstərəcək.
İsmayıllıdakı iğtişaşların təşkilində ittiham olunan İlqar Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 7 il azadlıqdan məhrum edilmişdi.
Avropa İnsan Haqları Məhkəməsi onun dərhal azad edilməsi ilə bağlı qərar çıxarsa da, Bakı buna əməl etməmişdi. Məsələ Azərbacanın Avropa Şurası üzvlüyündən çıxarılmasının gündəmə gətirilməsinədək böyümüşdü. Nəhayət, 2018-ci ildə partiya sədri 6 illik həbsdən sonra azadlığa çıxmışdı. O bəraət almaq üçün bütün lazımlı addımları atacağını bəyan etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button