AktualAktualArxivIslammədəniyyatQadin və hicabSosialXəbər lentiXəbərlər

İlhan Omar: Tramp zülmkar irqçidir

ABŞ Konqresinin üzvü İlhan Omar deyib: “Tramp zülmkar irqçidir, lakin Amerika onun prezidentlik dövrünə tab gətirəcək və öz həyatına davam edəcək qədər güclüdür.”

Qafqaz Həqiqətləri xəbər verir ki, İlham Omar “İndependet” qəzetinə verdiyi geniş müsahibədə deyib: “Mən qaradərili, miqrant və hicablı bir müsəlmanam. Lakin bütün bunlar Amerika qanunları vasitəsilə təhqir olunan kimliklərdir.”

Amerikada uğurlu bir insan kimi tanınmış və ABŞ Konqresinə daxil olmuş 37 yaşlı İlhan Omar müsahibəsinin davamında deyib: “Mən həmişə ölkəmizi daha ədalətli bir camiəyə çevirə bilən qanunları müdafiə edirəm.”

“İndependet” qəzeti bildirib ki, İlham Omar kimi şəxsləri qəbul etmək istəməyən bəzi amerikalılar Ağ Evdə Tramp üçün hərəkətverici qüvvə oldu. Tramp bu 4 ildə daim düşmənçilik və irqçilik hislərini oyatmışdır.

9 nəfərlik ailənin üzvü olan İlham Omar 1982-ci ildə Somalinin Moqadişo şəhərində dünyaya gəlib. O, uşaq ikən anasını itirib. 1991-ci ildə daxili müharibə başladıqda İlhanın ailəsi bu ölkədən Amerikaya mühacirət etməyə məcbur olub.

İlhan Omar belə inanır ki, noyabr ayında səs verənlər Trampı məğlub edəcək. O, bu barədə deyib: “Bu prezident xalqın inamından sui-istifadə edib. Biz hal-hazırda Donald Trampı məğlub etmək üzərində düşünürük, amma bu bizim son məqsədimiz deyil, öz məqsədimizə yaxınlaşmaq üçün bir fürsətdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button