ArxivXəbər lentiXəbərlər

Naxçıvanda İranın müasir mədəniyyət şəxsiyyətlərinin foto-sərgisi təşkil olunub

Müasir İranın Seçmə Mədəniyyət Şəxsiyyətlərinin Fotosu adlı sərgidə bir iranlı fotoqrafın əsərləri Naxçıvan Muxtar Respublikasında sərgilənib.

İRİB-in Bakıdakı nümayəndəliyinin İran İslam Respublikasının Naxçıvandakı baş konsulluğunun mədəniyyət attaşeliyinə istinadla verdiyi məlumata görə, bu 5 günlük sərgidə İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin müxtəlif sahələr, o cümldən rəssamlıq, musiqi, dizayn, yazıçılıq, şairlik sahələrindəki tanınmış şəxsiyyətlərinin şəkillərindən ibarət 65 əsər Naxçıvan Muxtar Respublikasında incəsənət sevərlər və maraqlananlar üçün sərgilənir.

Bu şəkillər ağ-qara formasında İran İslam Respublikası sənətkarlarından Paşa Hadian tərəfindən çəkilib və onlarda İranın müasir incəsənət xadimlərinin həyatının müxtəlif cəhətləri əks olunub.

İranın tanınmış incəsənət xadimi Paşa Hadian 7 il ərzində bu əsərləri ərsəyə gətirmişdir.

Naxçıvan Rəssamlar Birliyinin Behruz Kəngərli zalında keçirilən bu sərginin açılış mərasimində Türkiyənin Naxçıvandakı baş konsulu, Rəssamblar Birliyinin sədr müavini, Ali Məclisin deputatı, Yazıçılar Birliyinin sədri, Naxçıvan Universitetinin rektor müavini, Elmlər Akademiyasının üzvləri, Dini məsələlər üzrə idarənin nümayəndəsi, Rəssamlar Birliyinin üzvləri, incəsənət xadimləri, rəssamlar, fotoqraflar və Naxçıvanın incəsənət şəxsiyyətləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədr müavini Nizami Əliyev deyib: Naxçıvanda iranlı fotoqraf və incəsənət xadiminin sərgisi ilk dəfə təşkil olunur və bu məsələ Naxçıvan və İran arasında ikitərəfli mədəni və incəsənət əməkdaşlıqlarının genişləndiyini əks etdirir.

İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım da bu mərasimdə prezidentlərin iradəsi ilə Azərbaycan və İranın ikitərəfli əlaqələrinin iqtisadi və siyasi sahələrdə inkişaf etməsinə toxunaraq deyib: İki tərəfin Naxçıvanda da incəsənət, mədəniyyət və elm sahələrində əməkdaşlıqları və fəaliyyətləri yüksək səviyyəyə çatıb və bu sərgi bu prosesin nümunələrindən biridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button