ArxivXəbər lentiXəbərlər

Təsnim agentliyi: İranlı komandirlər üçün Qarabağın Fələstindən fərqi yox idi

İranın Təsnim agentliyi 21 illik sənədləri açaraq, oradakı bəzi Azərbaycanla əlaqəli məsələlər diqqət çəkir

 İslamazeri.az-ın  verdiyi xəbərə görə, İranın “Təsnim” agentliyində son hadisələr, xüsusilə Azərbaycanın öz ərazilərini azad etmək üçün düşmən təxribatına əks hücumla bağlı məsələlər analiz edilib.

Analizdə İran mediasının bu məsələyə xüsusi diqqət ayırması və gələcəkdəki ehtimal olunan hadisələr qeyd edilir.

Məsələ fərqli aspektdən baxılaraq, Türkiyə-Rusiya əlaqələri və bu məsələdə İranın rolu diqqətə gətirilir.

Analizin bir yerində son 20 ildə Türkiyə və  Azərbaycanın bəzi KİV-nin İranın guya Ermənistana dəstək verməsi kimi dezinformasiyalara işarə edilərək İranın Qarabağla bağlı bəzi arxivləri üzə çıxardığı və bu deyilənlərin səhv olması qeyd edilir.

Analizdə “İran İnqilab Keşikçiləri Korpusunun komandirlərilə aparılan müsahibələr zamanı, o illərdə Bakı və Qarabağda, olmalarının hədəflərinin Fələstin ilə heç bir fərqinin olmadığını və necəki Fələstin üçün şəhadətə hazır olduqları kimi, eyni durumun Azərbaycan içində də keçərli olduğunu bildirərək Qarabağa da bu niyyətlə getdiklərini bildiriblər. Amma bu xalis niyyətlə Qarabağa gedən komandirlər Azərbaycanda bəzi yüksək rütbəlilərin səyi nəticəsində Azərbaycandan deportasiya ediliblər. Halbuki onların orada olmasını, Azərbaycan dövləti istəmişdi. Olarla saat, yüzlərlə foto və yüzlərlə sənəd iranlı əsgərlərin Qarabağ müharibəsində olduqlarına dair sübut dəlillər mövcuddur”, – deyə bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button