ArxivNardaranXəbər lentiXəbərlər

İki azərbaycanlı imam cümə Nardaran hadisəsindən danışdı

Nardaranda baş verən hadisələr ölkədən kənarda da müzakirə olunmağa başlayıb

İslamazeri.az-ın  verdiyi xəbərə görə,  Ərdəbilin İmam cüməsi Seyid Həsən Amuli Bakının Nardaran kəndində baş verən hadisəyə toxunaraq deyib: “Azərbaycanda dünən baş vermiş hadisə bizi narahat edir. Xalq bütün məsələlərdə həmişə alimlərə müraciət edib. Azərbaycanda baş verən hadisələrə görə həm Azərbaycan Respublikası, həm də İran azəriləri tərəfindən bizə çoxlu müraciətlər edilib, baş verən hadisə ilə bərk narahat olduqlarını bildiriblər. Ümid edirik ki, Azərbaycan dövləti öz tədbiri ilə vəziyyətin daha ağırlaşmasına icazə verməyəcək”.

 

Təbrizin imam cüməsi Ayətullah Möhsün Müctehid Şəbistəri də məsələyə münasibət bidirib: ” Bu müsəlman əhalisi olan ölkəyə munasib deyil. Biz namaz qılanlar bu hadisəni pisləyir və Azərbaycan hükumətindən tələb edirik ki, xalq və Ruhaniləri həbs etmək əvəzi müsəlmanlarla dinclik və əməkdaşlıq əsasında rəftar etsin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button