ArxivXəbər lentiXəbərlər

İctimai ədalətin təmin olunması

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنْزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَأَنْزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ …

“Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik.” (Hədid, 25).

İzah: Heç şübhəsiz, dini hökumətin ən mühüm ictimai missiyası icra, məhkəmə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə ədaləti təmin etməkdir. İslamda ədalət anlayışı cəmiyyətin kəsimlərinin iqtisadi bərabərliyi deyil.

Əksinə, İslam şəxsi azadlıqlara və fərdi mülkiyyətə hörmətlə yanaşı əxlaqi dəyərləri də iqtisadi prinsiplərə daxil etmək və cəmiyyətdə elə bir şərait yaratmaq istəyir ki, hər kəsin ictimai və iqtisadi yeri onun istedad və səyi qədər olsun. Məlumdur ki, cəmiyyətdə ədaləti icra edənlər özləri ədalətli olmalı və onun icra şərtlərini də bilməlidirlər.

Qeyd edək ki, yuxarıdakı ayədə peyğəmbərlərin (ə) göndərilmə məqsədi ictimai ədalətin bərqərar olması hesab olunmuş və onun həyata keçirilmə vasitələri, yəni dini qanunlar və hərbi vasitələr haqqında da xəbər verilmişdir. Başqa ibrətli bir məqam da budur ki, bu ayədə hakimlər yox, xalq ədalətin icraçısı kimi göstərilmişdir. Bu, onların bu sahədə istək və iradəsinin aydın roluna işarə edir.

Hədis: İmam Əli (ə): “Ən yaxşı hökmdar odur ki, zülmü öldürsün, ədaləti isə diriltsin.” (Qürərul-hikəm, c. 3, səh. 431, hədis: 505).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button