ArxivmədəniyyatXəbər lentiXəbərlər

İcra başçısı Roma imperatoru elan olundu

Bu ölkədə bir çox şeyləri başa düşmək artıq çətinləşir. Belə görünür ki, mərkəzi hakimiyyət regionlardakı feodallar üzərində nəzarəti itirir. Əks halda bu absurda başqa izah tapmaq mümkün deyil.

Azərbaycan sanki qəflət yuxusundakı qara və qaranlıq orta əsrlərə qaytarılır. Belə görünür ki, icra başçılarının feodal hüququnu və sonuncunun ən müqəddəs reliktini – ilk nikah gecəsi hüququnu bərpa edəcəyi gün o qədər də uzaqda deyil. Tənəzzül, süqut, çöküş sonu-dibi olmayan bir uçurumdur…

Fotoya baxın. Salyan Rayon İcra Hakimiyyətinin başçısı, ilk baxışdan ciddi dövlət məmuru təəssüratı bağışlayan Tahir Kərimov adlı bu qeyri-adi adam yuxarı sinif şagirdlərini iki cərgədə düzərək bu cərgələrin arasından şəstlə, qürurla keçir. Gənclər onu qızılgüllərlə qarşılayır. Antik dövrdə Roma imperatorları Qay Yuli Sezarı, Kaliqulanı, Neronu belə qarşılayardılar…

 

Salyanda gənclərin icra başçısının qarşısında məhz öz istəkləri ilə bu cür alçaldıcı və təhqiramiz şəkildə cərgəyə düzülməsi heç inandırıcı görünmür. Onlar onbaşı-yüzbaşıların əmri ilə düzülüblər ki, Salyan imperatorunu qızılgüllərlə qarşılasınlar.

 

Özü də bu foto sayta iki ildən çoxdur qoyulub. Təsəvvür edirsinizmi? Bu müddət ərzində foto heç kimin diqqətini cəlb etməyib. Yalnız hər şeylə maraqlanan bir blogger bu cür qəribə saytlarda eşələnəndə o qeyri-adi fotoşəkilə təsadüfən rast gəlib.

Çox maraqlıdır, icra başçısının özünü belə aparması Prezident Administrasiyasında necə qəbul olunacaq? Məmurlar digər məmur həmkarlarının bu qıcıqlandırıcı hərəkəti barədə prezidentə məlumat verəcəklərmi?

Yeri gəlmişkən, Tahir Kərimov Salyan RİH başçısı təyin olunana qədər “Caspian Fish” konserninin prezidenti idi.

Prezidentə deməyə də bilərlər. Onlar Tahir Kərimov kimilərinin Azərbaycanı “Potyomkin hasarları” arxasındakı feodal votçinasına çevirdiyini deməyəcəklər…

Salyan imperatoru və əzilən xalq! Adam öz vətəninə görə utanır. Başqa nə deyəsən…

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button