ArxivXəbərlər

ABŞ Dövlət Departamenti Azərbaycan barəsində təhqiramiz hesabat yaydı

ABŞ Dövlət Departamentinin 2014-cü il üçün “İnsan alveri hesabat”ında Azərbaycan Respublikası ilə bağlı biabırçı məlumat dərc olunub.

Azərbaycanla bağlı biabırçı hesabatda vurğulanır : «Azərbaycan insan alverinə – məcburi əməyə və seks trafikinqinə məruz qalmış kişi, qadın və uşaqlar üçün həm mənbə, həm tranzit, həm də mənzil ölkəsi rolunu oynayır». ABŞ Dövlət Departamentinin “hesabat”ında qeyd olunur ki, azərbaycanlı kişi və oğlanlar Rusiyada, həmçinin Azərbaycanın özündə məcburi əməyə cəlb olunur. Azərbaycandan olan qızlar və qadınlar həm ölkənin özündə, həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya və İsveçdə cinsi istismara məruz qalırlar. Təhqiramiz hesabatda ABŞ Dövlət Departamenti yalan olaraq İranın da adını bu siyahıya salıb. ABŞ Dövlət Departamenti əlavə edib : “Türkiyədən, habelə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olan bəzi miqrant işçilər Azərbaycanda qul əməyinə məcbur edilirlər.” ABŞ Dövlət Departamentinin hasabatında vurğulanır ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara əməl etmir, hərçənd bu sahədə əhəmiyyətli cəhdlər göstərir! ABŞ Dövlət Departamenti hesabatda bu işin yaxşılaşdırılması üçün Azərbaycana bir sıra tövsiyələr də verir. Bu tövsiyələrə hüquq-mühafizə orqanlarının daxili trafikinqlə mübarizəsinin gücləndirilməsi, insan alveri ilə məşğul olan fərd və şirkətlərin aşkarlanması və mühakiməsi, bu kimi cinayətlər üçün həbsxana cəzalarının sərtləşdirilməsi daxildir! ABŞ Dövlət Departamenti iddia edir ki, bu məsələdə Ermənistanın vəziyyəti daha yaxşıdır. ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan 1-ci dəstəyə, Ermənistan isə 2-ci dəstəyə aid edilib. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycandan fərqli olaraq trafikinqin kökünün kəsilməsi üçün minimum standartlara cavab verir./sahartv/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button