ArxivIslamXəbər lentiXəbərlər

Amerikalı qızın Müsəlman olmasının hikayəsi

Otağıma keçib diz-dizi əyləşdim və ərəbcə dedim: məncə yanız bircə tanrı, Allah vardır və Həzrət Məhəmməd onun son peyğəmbəridir

Istirahət günlərində ailəmlə birlikdə Nyu-yorka getdim. 11 Sentiyabr hadisəsində sonra idi. Bu bizim üçün şok və narahatedici bir xəbər idi. Bunun niyə baş verdiyini bilmirdik. Informasiya vasitələri onu müsəlmanlara aid edir və müsəlman terrorçularının əli olduğunu bildirirdilər. Mən bunu rədd edir və ailəmə deyirdim ki, Quranı oxumuşam və islam dininin məfhumlarını bilirəm. Bu din belə işlərə yol verməz. Allah Quranda “sizin günahsız insanları öldürmək haqqınız yoxdur, çünki bir nəfəri öldürmək hamını öodürmək, bir nəfəri xəlas etmək isə hamını xəlas etmək kimidir” deyə buyurmuşdur. Deyilənləri qəbul etmirdim. Müsəlmanlar bu işi görüb demək çox pis bir hissiyyat yaratmışdı. Otağıma keçib diz-dizi əyləşdim və ərəbcə dedim: məncə yanız bircə tanrı, Allah vardır və Həzrət Məhəmməd onun son peyğəmbəridir. Şəhadəteyni deyib islama inandığımı hiss etdim. Lakin hələ şübhəli idim. Həyatımı bu dinlə nəcür tənzimləməyimi bilmirdim. Öz-özümə fikirləşdim ki, yaxşı, demək vahid tanrıya inanıram və Həzrət Məhəmmədin son peyğəmbər olduğunu qəbul edirəm. amma başımı örtməyi və içki içməməyi bacaracağıma əmin deyildim. Bəs belə olmasam necə? Qiyamətdə cavabdeh ola bilməyəcəyəm. Özəl məqamlara riayət eləmədiyim təqdirdə nə olacağını bilmirdim, şübhəyə qapılmışdım. Həyat tərzimi dəyişdirmək, içki içməmək, qaban əti yeməmək və halalca zibh edilmişlərdən yemək qərarına gəldim. Bundan əvvəl gördüyüm bir çox işlərdən əl çəkdim. Yalnız islamı düşünürdüm. Çünki birinci növbədə iman gətirməli sonra isə etiqada əməl etməli idim. Anam dedi: sən öz dinini dəyişdirmədən və müsəlman olmadan da dediyin işləri görə bilərsən. Sən hələ də yaxşı bir insan ola bilərsən. Mən isə ona artıq müsəlman olduğumu, Allaha və son peyğəmbərə inandığımı, din etiqadımın doğrudan da dəyişdiyini bildirdim. Irqçilik və anti-islam ab-havasında böyümüş anam rastlaşacağım ağır şəraiti bilirdi və məni hadisələrdən amanda saxlamağa çalışırdı. O, etiqadımı dəyişdirməməyimi və müsəlman olmamağımı tövsiyə edirdi. Mən isə qərar qəbul etmişdim, müsəlman dostlarımla məscidə gedir və ibadət edirdim. On ay müsəlman olduqdan sonra baş örtmək qərarına gəldim. Bu proses çox çətin olsa da bir aha dünyaya gəlsəm, yenə müsəlman olacağama əmin idim.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button