AktualAktualArxivXəbər lentiXəbərlər

Hüseynçi türk dilli şairlərinin qurultayı Ərdəbildə keçiriləcəkdir

Ərdəbil mədəniyyət və irşadının baş direktoru demişdir: bu il iki mühüm elmi, tədqiqat və mədəni hadisə, rəzəvi münazirələr festivalı və Hüseynçi türk dilli şairlərin qurultayı Ərdəbildə keçiriləcəkdir. Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən seyid Nasir İsaqi rəzəvi münazirələri festivalı üzvlərinin Ərdəbil imamcüməsilə görüşündə bildirmişdir ki, rəzəvi münazirələri beynəlxalq festivalı 28 Murdadda Ərdəbildə keçiriləcəkdir. Bu festivalda Ərdəbil əyaləti birinci dəfə olaraq rəzəvi festivalını münazirələr formasında keçirəcəkdir. O demişdir: bu festivaldan əlavə Ərdəbildə Hüseynçi türk dilli şairlərin qurultayı da reallaşacaqdır. Bu qurultay da yüksək səviyyədə, beynəlxalq səviyyəsində keçiriləcəkdir.
Ərdəbil mədəniyyət və irşadının baş direktoru artırmışdır: dediyimiz hər iki hadisə ölkənin ali mədəniyyət şorasının qərarı ilə keçirilir ki, Ərdəbil əyalətinin bu iki beyənlxalq tədbiri layiqincə həyata keçirəcəyinə ümid edirik. İsaqi açıqlamışdır: islamda münazirə mövzusu çox əhəmiyyətlidir. Rəzəvi münazirələr festivalı da mütəfəkkirlərin iştirakı ilə Ərdəbildə keçiriləcəkdir. Ümid edirik ki, onun nəticəsi münazirə mövzusunun rövnəqlənməsinə səbəb olacaqdır. O bildirmişdir: Hüseynçi türk dilli şairlərin qurultayı da səmərəli olacaq. Çünki böyük bir mədəni hadisədir və bütün islam ölkələrini ihtiva edəcəyinə ümid edirik. Ərdəbil mədəniyyət və irşadının baş direktoru demişdir: ümumi mədiyyət şorası üzvlərindən dəvət olunmuşdur ki, mübarək Ramazan ayından sonra iki mühüm hadisənin əməliyyət otağını təşkil etsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button