ArxivSosialXəbər lentiXəbərlər

Hüquq müdafiəçisi prokurorluqda dindirilib

Hüquq müdafiəçisi Zəfər Əhmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib.

 

Bu barədə Əhmədov özü məlumat verib. Onun sözlərinə görə, səhər ona prokurorluqdan zəng edilib. “Zəng edən şəxs məni idarəyə dəvət edib. Rəsmi çağırış vərəqəsini istəyəndə isə bildirib ki, onun zəngi rəsmi çağırış kimidir”.

 

Üç saata yaxın Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilən Əhmədov şahid qismində dindirildiyini bildirdi. “Mənə status bildirsələr də, hansı cinayət işi üzrə dindirildiyim barədə məlumat vermədilər. Güman edirəm ki, AXCP üzvü Səadət Cahangirin dindirildiyi eyni cinayət işi ilə bağlı ola bilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button