AktualAktualArxivŞəkil​SosialTarixXəbər lentiXəbərlər

Dünyanın ən ağır cinayəti və kütləvi qırğını münasibətilə

1945-ci il 6 və 9 avqustda Hiroşima və Naqasakinin atom bombardmanı iki cinayətkar və qeyri-insani atom əməliyyatı olaraq ikinci dünya müharibəsi zamanı Amarikanın o vaxtkı prezidenti Harri Trumenin əmri ilə Yaponiya əleyhinə həyata keçmişdir. Bu iki əməliyyatda 3 gün fasilə ilə iki atom bombası Hiroşima və Naqasaki əhalisi üzərinə atılmışdır, bu iki şəhərin günahsız əhalisini qətliam etmiş və şəhərləri xarabalığa çevirmişdir. Atom bombardmanı nəticəsində təqribən 220000 insan həyatını itirmişdir. Onlardan 100000 nəfəri dərhal, digərləri isə 1945-ci ilin sonuna kimi radioaktiv zəhərlənmə və partlayışdan sonra yaranan digər effektlərdən həyatını itirmişdir.

Hiroşima və Naqasakinin atom bombardmanı dünyada bu günədək istifadə olunan tək atom silahı olmuşdur və bu, insan haqlarını dəstəklədiyini iddia edən Amerika tərəfinədən dinc insanlara qarşı həyatı keçirilmişdir. Bilməyimiz maraqlı olar ki, Amerika hal-hazırda ən böyük nüvə və kütləvi qırğın silahları arsenalına malik olduğu bir halda, onun imperialist siyasətləri ilə müxalif ölkələrin bu silahlara yiyələnə bilməsini bəhanə edərək həmin ölkələrə, o cümlədən İran İslam Respublikasına qarşı geniş və sərt sanksiyalar tətbiq etmişdir. Halbuki, Amerikanın hərtərəfli dəstək verdiyi işğalçı sionist rejimi nüvə silahlarına sahibdir və hər gün Fələstin müsəlmanlarına qarşı cinayət törədir, Fələstin ərazilərini işğal etməyi davam etdirir. Bu iki atom bombardmanından sonra Yaponiya İmperatorluq dövləti heç bir şərt irəli sürmədən təslim oldu və ikinci dünya müharibəsi sona çatdı.

Amerikanın iddiasına görə, onun bu amansız hücumda məqsədi müharibəni tez bitirmək və Yaponiyanın işğalında SSRİ ilə şərik olmamaq olmuşdur. Çünki SSRİ atom bombardmanından qabaq Yaponiyaya qarşı müharibə elan etmişdi və Mancuriyada Yaponiya mövqelərinə hücum etmişdi.

Hər il 10 avqustda atom bombardmanı qurbanlarının xatirəsinə Naqasaki şəhərində “Müharibə Xatirəsi Parkında” böyük mərasim keçirilir. Mərasimin sonunda Yaponiyanın baş naziri qətnamə oxuyaraq beynəlxalq ictimaiyyəti nüvə silahı olmayan dünya səmtinə hərəkət etməyi çağırır.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button