AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Hindistanda “Bibiheybət” dini sənədli filmi nümayiş etdirildi

 

Quran və “Bibiheybət-İmam Rzanın (ə) bacısı” dini sənədli filminin ekranlaşması ilə bağlı keçirilən konfransda Əbutalib Rəzəvi deyib: “Bibiheybət, İmam Musa Kazimin (ə) qızıdır və onun qəbri Azərbaycan Respublikasının Bakı şəhərində yerləşir. Hər gün bu ölkə əhalisi və turistlərdən ibarət çoxlu zəvvar onu ziyarət edir.”

Qafqaz Həqiqətləri İslami Münasibətlər və Mədəniyyət İdarəsinin ictimai əlaqələr bölməsinə istinadla xəbər verir ki, Mumbayda Bibiheybət-İmam Rzanın (ə) bacısı kimi tanınmış Fatimə Suğra dini sənədli filminin ekranlaşması münasibətilə konfrans keçirilib. Konfransda İranın Mumbayda Mədəniyyət Evinin rəhbəri Möhsin Aşuri, filmin rejissoru, Pen İnfomedia media qrupunun rəhbəri Əbutalib Rəzəvi və Əhli-beyt (ə) sevərlərdən ibarət çoxlu bir qrup qadın iştirak edib.

Konfransda çıxış edən Aşuri deyib: “Qadınların Quran-kərimin təlimlərini, İslami həyat tərzini, övladlarının təlim-tərbiyəsini öyrənmək üçün İran Mədəniyyət Evinə toplaşması mühüm bir məsələdir.

Bugün bizi İran və digər ölkələrin dini mərkəzləri və ziyarətgahları ilə tanış edən bir sıra qısa sənədli filmlərə xüsusi diqqət yetirilir. Belə filmləri sosial şəbəkələr vasitəsilə paylaşmaq da olur.”

“Bibiheybət” sənədli filmi haqqında söz açan mədəniyyət evinin rəhbəri deyib: “Film bu gün ilk dəfə olaraq ekrana çıxır. Bibiheybət İmam Musa Kazimin (ə) qızıdır və onun ziyarətgahı Azərbaycan ölkəsində yerləşir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button