ArxivXəbər lentiXəbərlər

Rza Purməhəmmədi: Bakı Dövlət Universiteti ilə elmi əlaqələr Təbriz Universitetinin inkişafına böyük təkan verir

Bakı Dövlət Universiteti ilə elmi əlaqələrin qurulması və tələbə mübadiləsinin həyata keçirilməsi Təbriz Universitetinin inkişafına böyük təkan verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Təbriz Universitetinin rektoru professor Rza Purməhəmmədi deyib. Bildirib ki, əməkdaşlıq əlaqələrinin inkişafı, birgə tədbirlərin keçirilməsi tələbələrin bilik və bacarıqlarını artırır. Eyni zamanda, həm İranda, həm də Azərbaycanda gənc nəslin biri-birlərini yaxından tanımasına kömək göstərir.

R.Purməhəmmədi qeyd edib ki, hər iki xalqın görkəmli elm və ədəbiyyat adamlarının yubileylərinin birgə qeyd edilməsi xalqların yaxınlaşması üçün geniş imkan yaradır. Bakıda və Təbrizdə bir sıra geniş yubiley tədbirləri keçirilib. Bu tədbirlərdə hər iki ölkənin elm adamları və ictimaiyyətin görkəmli nümayəndələri çıxış edərək ətraflı məlumatlar veriblər. Belə tədbirləri davam etdirmək niyyətindəyik.

Təbriz Universitetinin rektoru Azərbaycanda təhsil sahəsinə dövlət tərəfindən yüksək diqqətin ayrıldığını və bunun gələcəkdə ölkənin bütün sahələrdəki həyatına müsbət təsir göstərəcəyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın inkişafı İranın elmi mühitində sevinclə qarşılanır. Bakıya hər səfərində bir yeniliyin şahidi olduğunu vurğulayan rektor Təbriz Universitetinin Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlığından fəxr etdiyini deyib.

Rektor Təbriz Universitetinin 70 illik yubileyində iştirak etdiklərinə görə akademiklər Abel Məhərrəmov və İsa Həbibbəyliyə xüsusi təşəkkürünü də bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button