ArxivXəbərlər

Azərbaycan İslam Partiyasının Bakı Şəhər Yasamal Rayon Komitəsi fəaliyyətin Başladi

İslaminsesi.az-ın verdiyi xəbərə görə, uzun illər idi ki, Azərbaycan İslam Partiyasının Bakı Şəhər Yasamal Rayon Komitəsi fəaliyyət göstərmirdi. Burada yaşayan inanclı insanlar, siyasi İslam əqidəsinə bağlı ictimaiyyət nümayəndələri qurumun mərkəzi aparatı ilə əlaqələrini kəsməsələr də, fəaliyyətləri vahid mərkəz olmadığına görə dağınıq halda idi.
Nəhayət fəal islamçılar bu rayonda İslam Partiyasının özək təşkilatını yenidən təsis etmək məqsədilə bir az öncə partiyanın mərkəzi icra aparatına müraciət edərək təşəbbüs qrupu yaratdılar və təsis konfransına hazırlıq tədbirlərini həyata keçirtdilər.
Yasamal rayon sakini, tanınmış ictimaiyyətçi Elyar Nəzərov başda olmaqla təşəbbüs qrupunun üzvlərinin may ayının 31-də konfrans keçirilməsi barədə AİP mərkəzi icra aparatına müraciətinə müsbət cavab verilmişdi. Özək təşkilatlarında seçilmiş konfrans iştirakçıları əvvəlcədən müəyyən olunmuş tarixdə toplaşaraq təşkilati məsələlərə baxmışlar.
Konfransda 46 nümayəndənin otuz ikisi iştirak etdi. AİP Yasamal Rayon Komitəsinin təsis edilməsinin zəruriliyi barədə çıxış edən natiqlər AİP-in siyasi xəttində əksini tapmış məsələləri- sağlam mənəviyyatlı, ədalətli cəmiyyət və hüquqi dövlət yaradılması, ölkəmizin ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsi, insan haqq və hüquqlarının hər şeydən üstün tutulması, qanunun aliliyinin, vicdan, əqidə azadlığının təmin edilməsi məsələlərini və onların həyata keçirilməsi tələblərini bəyəndiklərini və dəstəklədiklərini bəyan etmişlər.
Konfrans təşkilati məsələlərə baxmışdır. Tədbir iştirakçıları Elyar Nəzərovu təşkilatın sədri vəzifəsinə təklif etmiş və yekdilliklə seçmişlər.
Konfransda həmçinin üç nəfərdən ibarət nümayəndə komitənin Nəzarət Təftiş Komissiyasına üzv və beş nəfər partiyanın növbəti qurultayına nümayəndə seçilmişdir.
Konfransda habelə yerli komitənin Qadınlar Şurasının və Gənclər təşkilatının sədrləri müəyyənləşmiş, komitənin Rayon Şurası təsdiq edilmişdir.
Konfransın işində AİP sədr əvəzi Elçin Manafov, siyasi şöbənin rəhbəri Akif Heydərli, təşkilat məsələləri üzrə sədr müavini Vüqar İbayev, MNTK nümayəndəsi Elşən Orucov iştirak etmiş, fikir və mülahizələrini bildirmiş, komitənin perspektivlərinə, AİP-in inkişafında müstəsna rol oynayacağına inindıqlarını qeyd etmişlər. Bununla da təsis konfransı öz işini başa çatdırmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button